Xəbərlər 2024

Bakı yeparhiyasının ruhanisi protoiyerey Sergiy Ferştandt vəfat edib

Bakı yeparhiyasının ruhanisi protoiyerey Sergiy Ferştandt vəfat edib

Martın 14-də, ömrünün 64-cü ilində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin ruhanisi, protoiyerey Sergiy Ferştandt Allahın hüzuruna çəkildi. 

Protoiyerey Sergiy Ferştandt 3 noyabr 1961-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra qaz-neftçıxarma şöbəsində işləyib, 1988-ci ildən isə 79 saylı peşə məktəbində dərs deyib.

1992-ci ildə Sergiy Ferştandt Stavropol və Bakı mitropoliti Gedeon tərəfindən dyakon təyin edildi. Həmin ildə də keşişlik rütbəsini aldı. 1993-cü ildən 1996-cı ilə qədər ata Sergiy Bakı yeparxiyasının gələcək kafedral kilsəsi olacaq,o zaman isə bərpa olunan mqd. Mürr-Daşıyan Zənənlər kilsəsinin baş keşişi vəzifəsində çalışıb. Bir neçə il ərzində o, kafedral kilsəsinin açardaşıyanı kimi xidmət edib. 2007-ci ildə keşiş Sergiy Ferştandt protoiyerey rütbəsinə layiq görülüb. Ömrünün son iki ilində ata Sergiy Bakının Ali-Mələk Mikayıl kilsəsində xidmət edirdi.

Protoiyerey Serginin vəfatı ilə əlaqədar Bakı Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt başsağlığı göndərib. Başsağlığında deyilir: 

“Protoiyerey Sergiy Ferştandtın vəfatı xəbərini kədərlə qarşıladım. Mərhumun ailəsinə, ruhani övladlarına, eləcə də onu yaxından tanıyan hər kəsə dərin hüznlə başsağlığı verirəm.

30 ildən artıqdır ki, ata Sergiy, ruhanilər və imanlılar arasında dəyişməz hörmət və sevgi qazanaraq, Məsihin tarlasında çalışıb.

Qoy mərhəmətli Rəbb Öz bəndəsinin hər bir könüllü və qeyri-iradi günahını bağışlayaraq Öz Ata qucağına qəbul etsin və onu nə kədərin, nə də ah-nalənin olmadığı, yalnız Sonsuz Həyat olan səmavi məskənlərə yerləşdirsin. Düynasını yeni dəyişmiş protoiyerey Sergiyə əbədi xatirə olsun."



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
610

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
560

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
527

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
52
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Xəbərlər