Xəbərlər 2024

Bakı Yeparxiyası Pravoslav Kitabı Gününü Azərbaycan dilində Dua kitabının təqdimatı ilə qeyd edib

Bakı Yeparxiyası Pravoslav Kitabı Gününü  Azərbaycan dilində Dua kitabının təqdimatı ilə qeyd edib

Haqq-İqrar İmanın (Pravoslavlığın) Zəfəri Bayramında Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində Pravoslav Kitabı Gününə həsr olunmuş tədbir: Azərbaycan və rus dillərində ikidilli dua kitabının təqdimatı keçirilib.

Unikal layihə Yeparxiya Şurasının  təşəbbüsü ilə Bakı Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktın xeyir-duası ilə başlanmışdır.

İki il ərzində Yeparxiyada pravoslav dua mətnlərinin Azərbaycan dilinə tərcüməsi işləri aparılmışdır. Arximandrit Aleksinin (Nikonorovun) başçılıq etdiyi, ruhanilər və imanlılardan ibarət işçi qrupu dua kitabının ərsiyə gəlməsi üzərində işləyib. Əsas tərcümə işlərini Əli (Luka) Aslanlı və Toral (Pavel) Ağayev aparıblar.

Topluya səhər və axşam duaları, Müqəddəs Yevxaritiya (Şəriklik) öncəsi duaları, Şəriklikdən sonra şükranlıq duaları, İlahi Liturgiya ayini, Rəbb günlərinin (bazar günləri), əsas və böyük bayramların troparları və kondakları və digər dualar daxil edilib. Dua kitabına ilk dəfə olaraq Azərbaycan müqəddəslərinə: Qafqaz Albaniyasının maarifçisi müqəddəs Elişaya və Albaniyanın ilk yepiskopu müqəddəs şəhid Qriqorisə dualar daxil edilib. Nəşr teoloji və çətin terminlərin geniş izahlı lüğəti ilə təchiz olunub və Bakı kafedral kilsəsinə aid əsas bayramlar ikonalarının təsvirləri ilə bəzədilib.

Arximandrit Aleksiy (Nikonorov) dua kitabının təqdimatı tədbirində iştirak edənlərə salamlama nitqi ilə müraciət etdi. Daha sonra tərcümə qrupunun üzvləri tərcümə üzərində aparılan işlərdən, yaranan çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıblar. Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xoru ifasında  liturgik ilahilər Azərbaycan dilində səsləndi. Tədbirin sonunda iştirakçılara dua kitabının bir nüsxəsi hədiyyə edildi. 



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
575

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
528

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
491

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
75
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər