Xəbərlər 2024
Arxiyepiskop Feofilakt Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya ibadətini keçirib
Azərbaycanda arxipastır səfərində olan Bakı və Azərbaycan yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində Öncədən Təqdis Olunmuş Ənamlar Liturgiyasını keçirib. İbadət zamanı yepiskopu Bakı kilsələrinin ruhaniləri müşayiət ediblər. İbadət zamanı arxiyepiskop Feofilakt Mixayil Klimovu oxucu xidmətinə təyin etmə ayinini keçirdib. Liturgiyanın sonunda Krasnoqorskda törədilən terror aktı zamanı qətlə yetirilən günahsız insanların ruhuna litiya (mərhumlar üçün dua) oxundu. İbadətdə Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Möizə zamanı arxiyepiskop Feofilakt iki il yarım Bakı Yeparxiyasının katibi vəzifəsində çalışmış arximandrit Aleksiyə (Nikonorova) xüsusi təşəkkür sözləri ilə müraciət edib. Arxiyepiskop həzrətləri qeyd etdi ki, ata Aleksinin rəhbərliyi altında Kilsə üçün önəmli olan bir çox layihələr uğurla həyata keçirildi. Həmçinin arxiyepiskop Feofilakt Bakı Yeparxiyası İdarəsinin katibi vəzifəsinə protoiyerey Dionisiy Sveçnikovun və Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi vəzifəsinə protoiyerey Aleksandr Novikovun təyin edilmələri haqda fərmanları elan etdi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
610Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
560Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
527Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
21.07.2026
5221 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
52Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
46Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...