Xəbərlər 2024
Bakı Rus Evində pravoslav ikonaların sərgisi açılıb
Bakı şəhəri Rus Evində qədim və müasir ikonalardan ibarət sərgi açılıb. Sərgidə paytaxtın pravoslav kilsələrində saxlanılan, eləcə də şəxsi istifadədə olan ikonalar nümayiş etdirilir.
Bakı Rus Evinin rəhbər müavini Dmitriy Yeqorov qonaqları salamlayıb. Bakı Yeparxiyasının İctimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev ikonanın pravoslav ənənəsində xüsusi yerindən danışıb. Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin rəssamı və bərpaçısı İnna Bəşirova ikona təsviri sənətin yaranması və inkişafı mövzusunda qısa mühazirə ilə çıxış edib.
Sərginin açılışı çərçivəsində kilsə ilahilərindən ibarət konsert təşkil olundu. Kristina Əfəndiyevanın rəhbərlik etdiyi Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xorun ifasında Böyük Orucun ilahiləri səsləndirildi. Konsertin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina hər bir musiqi əsərindən əvvəl çıxış edərək əsərə xas olan dərin mənəvi-əxlaqi mənadan, onun Əhdi-Ətiq və Əhdi-Cədid tarixi ilə bağlılığından danışıb.
Bakı Yeparxiyasının Bakı Rus Evi ilə birgə təşkil etdiyi tədbirdə Rusiya Federasiyası və Belarus Respublikasının səfirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri, paytaxtın sakinləri və qonaqları iştirak ediblər. Tədbir iştirakçıları “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, xorun ifasında “Əbədi Xatirə” ilahisi ifa edilmişdir.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
575Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
528Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
491Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
22.05.2026
81Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...
20.05.2026
7620 may - Pasxa bayramın son günüdür
Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...
26.05.2026
75Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...