Xəbərlər 2024

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi alınıb

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi alınıb

Aprelin 19-da Dövlət Şərq Muzeyində (Moskva) Azərbaycan xalqının görkəmli oğlu - XX əsrin əvvəllərinin sənaye xadimi və xeyriyyəçisi, Rusiya İmperiyasının müşaviri Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş gecə keçirilib.

Tədbiri Şərq Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açaraq qeyd edib ki, bəşər tarixində himayədarlıq və xeyriyyəçilik həmişə nəcib əməl kimi qiymətləndirilib. Belə insanların xidmətləri sonrakı nəsillərə örnəkdir. “Bu gün biz belə bir insanı - 100 il əvvəl dünyasını dəyişmiş Zeynalabdin Tağıyevi xatırlayırıq”, - deyə A.Sedov bildirib.

Tarix elmləri namizədi, ilahiyyat elmləri namizədi, Moskva Dövlət Linqvistik Universitetinin dosenti, iyerey Dmitriy Safonov “Azərbaycanda pravoslav-islam əməkdaşlığı ənənələrinin formalaşmasında Z.Tağıyevin töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Z.Tağıyevin 1870-ci illərdə Bakıda mqd. Aleksandr Nevskiy kafedral kilsəsinin tikintisində iştirakına dair bir sıra tarixi faktlar gətirdi. Həmçinin ata Dmitriy Rus Pravoslav Kilsəsinin Azərbaycanın müsəlman icması ilə dialoqundan, ölkədə multikulturalizm və tolerantlıq siyasətinin həyata keçirilməsində kilsənin iştirakından danışıb. Məruzənin sonunda o, Bakıda keçirilən dinlərarası forumlarda iştirakı, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə Qafqaz müsəlmanlarının başçısı Şeyxülislam Allahşükür Paşazadə arasında görüşlərin təşkili ilə bağlı şəxsi təəssüratlarını bölüşüb.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
610

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
560

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
527

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
52
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Xəbərlər