Xəbərlər 2024

Bakı kilsə xoru Moskva Pasxa festivalında iştirak edib

Bakı kilsə xoru Moskva Pasxa festivalında iştirak edib

Mayın 9-dan 11-dək Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt həzrətlərinin xeyir-duası ilə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xoru Moskvada keçirilən “Pasxa hədiyyəsi” xeyriyyə festivalında iştirak edib.

Paytaxtın Mədəniyyət departamenti və Moskva kütləvi tədbirlər idarəsi tərəfindən hər il təşkil olunan xeyriyyə festivalı Moskva və bütün Rusiya Patriarxı Kirillin xeyir-duası və Moskva meri S.S. Sobyaninin təşəbbüsü ilə Məsihin Mübarək Dirilməsi bayramının qeyd olunduğu günlərdə keçirilir. Festival müxtəlif ölkələrin və regionların xalqları və nümayəndələri arasında xoş münasibətlərin inkişafını təşviq etmək üçün keçirilir.

Mayın 10-da Birləşmiş Xor Hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xoru Tsaritsıno Muzey-Qoruğunun ərazisində, festivalın mərkəzi meydançalarından biri olan Allahın Validəsinin "Həyatgətirən Bulaq" ikonasının şərəfinə ucaldılmış kilsənin yaxınlığında konsert proqramı ilə çıxış edib. Tədbirdə iştirak edənlərə ikihissəli konsert proqramı təqdim olunub. Birinci blok Pasxa dövrünə aid musiqi əsərlərindən ibarət idi. Əsərlərin ikinci bloku Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünün qeyd edilməsinə həsr olunmuşdur. Musiqi əsərlərini Azərbaycan dilində ifa edən solistləri festivalın qonaqları xüsusi hərarət və maraqla qarşıladılar.

Xorun konsert proqramının aparıcısı, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina tamaşaçılara Azərbaycanın və Azərbaycan xalqının Böyük Vətən Müharibəsində Qələbəyə verdiyi töhfələrdən, Bakı neftinin cəbhə üçün həlledici əhəmiyyətindən danışıb. Vətənin qəhrəman müdafiəçilərinin xatirəsinin qorunub saxlanılması məsələsinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ehtiramlı münasibəti də xüsusi vurğulanıb.

Mayın 11-də Moskva səfəri çərçivəsində xor kollektivi məşhur "VDNX" sərgi kompleksində olub və orada Azərbaycan pavilyonunu ziyarət edib. Pavilyonun rəhbərliyi qonaqlar üçün ekskursiya təşkil edib, ekskursiya zamanı ifaçılar pavilyonun yaranma və bərpası tarixi ilə tanış olublar. Vətənə məhəbbəti ifadə etmək istəyən xor pavilyonun əməkdaşları və qonaqları üçün Azərbaycan xalqının görkəmli oğlu M.Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa etmiş və bununla tədbir iştirakçılarının böyük sevincinə və gurultulu alqışlarına səbəb olmuşdur.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
575

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
528

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
491

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
75
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər