Xəbərlər 2024

Bakı Yeparxiyasının nümayəndəsi Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edib

Bakı Yeparxiyasının nümayəndəsi Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Dillər Universitetində Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub. Təntənəli tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullayev, Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Yevgenyevna Lapteva, “Azərbaycan-Belarus” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları, Rusiya Federasiyası və Belarus Respublikasının səfirliklərinin, Bakıdakı Rus Evinin nümayəndələri və digərləri iştirak ediblər.

ADU-nin tələbələri tədbirdə iştirak edənlərin qarşısında çıxış edərək, belarus şairlərinin şeirlərini oxuyublar. Təşkil olunmuş telekörpü vasitəsilə Azərbaycan dilini öyrənən belaruslu tələbələr Azərbaycan şairlərinin şeirlərini oxuyublar.

K. Abdullayev və N. Ye. Lapteva tədbir iştirakçılarına müraciət edərək iki ölkə və xalqlar arasında ictimai həyat sahələrində əlaqələrin möhkəmləndiyini qeyd etdilər.

Tədbirdə Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev iştirak edib. Ata Mefodiy ali təhsil ocağının həyatındakı əlamətdar hadisə münasibətilə bütün iştirakçıları təbrik edərək, başlanan işə xeyir-dua verib və mərkəzin yerləşdiyi məkanı təqdis edib.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
575

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
528

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
491

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
75
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər