Xəbərlər 2024

Zəvvarlar Azərbaycanın şimal-qərb bölgəsində yerləşən xristian ziyarətgahlarını ziyarət ediblər

Zəvvarlar Azərbaycanın şimal-qərb bölgəsində yerləşən xristian ziyarətgahlarını ziyarət ediblər

Bakı Yeparxiyasının zəvvarlıq şöbəsi paytaxt kilsələrinin imanlıları üçün Azərbaycanın şimal-qərb bölgəsində yerləşən xristian ziyarətgahlarına səyahət təşkil edib. Üç gün ərzində zəvvarlar respublikanın Qəbələ, Oğuz və Qax rayonlarına səfər ediblər.

Xristian irsi ilə tanışlıq Oğuz ziyarətgahlarını, xüsusilə də Qafqaz Albaniyası tayfalarından birinin nəslindən olan pravoslav udinlər tərəfindən 1822-ci ildə tikilmiş Oğuz şəhəri böyük knyaz Aleksandr Nevskiy kilsəsini ziyarət etməklə başladı. Kilsə sovet dövründə bağlanılmışdır və hal hazırda kilsənin binası tarix və etnoqrafiya muzeyi kimi istifadə olunur. Qax rayonunda zəvvarlar Qax şəhərində, Əlibəyli və Kötüklü kəndlərində yerləşən gürcü pravoslav kilsələrini ziyarət etmiş, burada gürcü-inqiloyların yerli icmalarının nümayəndələri tərəfindən hərarətlə qarşılanmış, həmçinin Kürmüx Müqəddəs Böyük Şəhid Georgiy kilsəsinə qalxıblar. Qum kəndində zəvvarlar Qafqaz Albaniyasının erkən orta əsrlərə aid məbəd memarlığı abidəsi ilə - V-VI əsrlərə aid üçnefli bazilika ilə tanış olublar. Tədqiqatçılar hesab edirlər ki, bu kilsə III Mömin Vaçaqan dövründə tikilib, onun hakimiyyəti dövründə Qafqaz Albaniyası özünün mənəvi çiçəklənmə dövrünü yaşayıb. Bazilikanın Müqəddəs Məryəmin Mövluduna həsr edildiyi barədə məlumatlar var.

Bazar günü, mayın 26-da zəvvarlar Qəbələ rayonunun Nic kəndindəki Müqəddəs Elişa kilsəsində alban-udi xristian icmasının dəvəti ilə keçirilən İlahi Liturgiyada iştirak ediblər. Xatirəsi həmin gün qeyd olunan Müqəddəs Elişa Həvari Taddayin şagirdi və Qafqaz Albaniyasında İncili ilk vəz edən idi. Cənubi Qafqazda bir çox kilsələr qədim zamanlardan bu müqəddəsə həsr olunurdu.

Zəvvar qrupunu səfərdə Bakı Yeparxiya İdarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov və zəvvarlıq şöbəsinin əməkdaşları müşayiət ediblər. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Oğuz və Qax regional bölmələrinin nümayəndələri ölkənin şimal-qərb bölgəsində xristian ziyarətgahlarının ziyarətinə hərtərəfli dəstək veriblər.

 



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
610

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
560

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
527

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
52
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Xəbərlər