Xəbərlər 2024

Azərbaycanın xristian icmalarının rəhbərlərindən və nümayəndələrindən ibarət nümayəndə heyəti Polşaya səfər edib

Azərbaycanın xristian icmalarının rəhbərlərindən və nümayəndələrindən ibarət nümayəndə heyəti Polşaya səfər edib

Mayın 23-25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərlik etdiyi Azərbaycandakı xristian icmalarının rəhbərləri və nümayəndələrindən ibarət nümayəndə heyəti Polşada rəsmi səfərdə olub. Pravoslav, alban-udi, katolik və protestant icmalarını təmsil edən din xadimlərinin səfəri Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Bakı Yeparxiyasını Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.

Mayın 23-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə birlikdə Varşavanın Ali Metropolit Seminariyasında olmuş, burada təhsil ocağının rektoru ata Voytsex Bartkoviç və arxiyepiskop Mixal Yanoxa ilə görüşüblər. Görüş zamanı qonaqlar multikulturalizmin Azərbaycan modeli haqqında danışıb, müasir cəmiyyətdə sabitliyə nail olmaq üçün dinlərarası dialoqun gücləndirilməsinin zəruriliyi barədə Polşa tərəfi ilə fikir mübadiləsi aparıblar.

Həmin gün nümayəndə heyəti Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümünün qeyd olunmasına həsr olunmuş rəsmi ziyafətdə iştirak etmişdir.

Mayın 24-də nümayəndə heyətinin üzvləri Varşava kardinalı Kajımij Nic, Xristian İlahiyyat Akademiyasının dekanı Yejı Ostapçuk və mqd. İohann Lestviçnik kilsəsinin baş keşişi protoiyerey Andrey Misyukla (Polşa Pravoslav Kilsəsi) görüşmüşlər. Görüşlər zamanı qonaqlar Polşa tərəfinə Azərbaycanda xristianlığın tarixi və xristian icmalarının müasir həyatı, Azərbaycan cəmiyyətinin həyatında dinlərarası dialoqun yeri və ölkə rəhbərliyinin həyata keçirdiyi multikulturalizm siyasəti barədə ətraflı məlumat veriblər.

Həmin gün Varşavanın mərkəzində Heydər Əliyev Fondunun, Bakı Beynəlxalq Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Xristian İrsi” fotosərgisinin açılışı olub. Sərginin açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, BBMM-nin icraçı direktoru Rəvan Həsənov, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi keşiş Selva Kumar salamlama nitqləri ilə çıxış ediblər. İki həftə ərzində Varşava sakinləri və qonaqları fotosərgiyə gələrək Azərbaycandakı xristian icmalarının həyatı ilə tanış olmaq imkanı əldə edəcəklər.

Mayın 25-də nümayəndə heyətinin üzvləri Polşanın baş müftisi Tomaş Miskieviç ilə görüşüb, ona Azərbaycanın strateji əhəmiyyət verdiyi dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində toplanmış təcrübə, multikulturalizmin Azərbaycan modeli barədə məlumat verilib. Görüş çərçivəsində Azərbaycan tərəfi İkinci Dünya Müharibəsi illərində Polşa ordusunda xidmət etmiş, faşizmə qarşı döyüşmüş polkovnik Vəli bəy Yadigarın məzarı üzərinə gül dəstələri düzüb.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
575

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
528

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
491

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
75
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər