Xəbərlər 2024

Yeni Bakı və Azərbaycan yepiskopu seçildi

Yeni Bakı və Azərbaycan yepiskopu seçildi

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun 30 may 2024-cü il tarixli iclasında Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib.

49 saylı JURNAL

Bakı Yeparxiyasının (Azərbaycan Respublikası) vakant kafedrasına təyinat haqqında MÜZAKİRƏ EDİLDİ və QƏRARA ALINDI:

1. Stavropol Yeparxiyasının din xadimi iqumen Aleksiy (Smirnov) Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu seçilsin.

2. İqumen Aleksinin (Smirnovun) arximandrit rütbəsinə yüksəldilməsindən sonra yepiskop adlandırılması və təqdis olunması yeri Moskva və Bütün Rusiya Patriarxı Kirilin ixtiyarına verilsin.

İqumen Aleksiy (Smirnov) 10 aprel 1975-ci ildə Stavropolda anadan olub. 1995-ci ildə Stavropol Seminariyasını, 1999-cu ildə Sankt-Peterburq Ruhani Akademiyasını bitirmişdir. 12 iyul 1999-cu ildə Stavropol və Vladiqafqaz mitropoliti Gedeon onu diakon rütbəsinə, 1 avqust 1999-cu ildə isə keşiş rütbəsinə təyin edib. 24 avqust 1999-cu ildə o, rahib andı içərək, Aleksiy adını qəbul etdi. 2009-cu ildə Stavropol Dövlət Universitetini tarix müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildə Şimali Qafqaz Federal Universitetinin İlahiyyat fakültəsinin magistraturasını bitirib.

Bu günə qədər iqumen Aleksiy (Smirnov) həm də Stavropol yeparxiyasının təhsil və katexizasiya şöbəsinin rəhbəri, Yeparxiya Şurasının katibi, Stavropol şəhəri Müqəddəs Andrey yepiskop məkanının açardaşıyanı, Şimali Qafqaz Federal Universitetinin politologiya və ilahiyyat kafedrasının dosenti, Qafqaz xalqlarının Dostluğu İnstitutunun elm və ilahiyyat kafedrasının dosenti kimi fəaliyyət göstərir. Bir sıra elmi əsərlərin müəllifidir.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
560

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
521

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
478

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib
23.04.2026
78
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya və panixida ayini keçirib. ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
68
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
62
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

Xəbərlər