Xəbərlər 2024

Yeni Bakı və Azərbaycan yepiskopunun arxiyerey xirotoniyası keçirilib

Yeni Bakı və Azərbaycan yepiskopunun arxiyerey xirotoniyası keçirilib
13 iyun 2024-cü il tarixində Rəbbin Meracı (Göylərə Qalxması)   Bayramında Moskva və Bütün Rusiya Patriarxı Kirill müqəddəsləri Moskvanın Storojı qəsəbəsində Nikita Qapıları yaxınlığında Rəbbin Meracı kilsəsində ("Böyük Merac") İlahi Liturgiyaya başçılıq edib. 
 
 Liturgiya zamanı Stavropol yeparxiyasının ruhanisi arximandrit Aleksinin (Smirnovun) Bakı və Azərbaycan yepiskopu kimi xirotoniyası (yepiskopluğa əlqoyması) keçirilib.
 
Zati-Müqəddəslərini ibadət zamanı müşayiət ediblər: Moskva mitropoliyası üzrə Patriarxın vikarisi Krutitsı və Kolomna mitropoliti Pavel, Moskva Patriarxlığının işlər üzrə idarəsinin rəhbəri Voskresensk mitropoliti Qriqoriy, Patriarxın Moskva şəhəri üzrə  birinci vikarisi Budapeşt və Macarıstan mitropoliti İlarion, Sinodal bibliya-ilahiyyat komissiyasının sədri Stavropol və Nevinnomıssk mitropoliti Kirill, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə üzrə sinodal şöbəsinin və kazaklarla qarşılıqlı əlaqə üzrə sinodal komitənin rəhbəri Mahaçqala və Qroznıy arxiyepiskopu Varlaam, Krasnoslobodsk və Temnikov yepiskopu Kliment, Moskva Patriarxlığının işlər üzrə rəhbəri müavini Pavlovo-Posad yepiskopu Siluan, Patriarx Kirill müqəddəslərinin şəxsi katibi Ramensk yepiskopu Aleksiy, "Böyük Merac" kilsəsinin baş keşişi  Moskva və Bütün Rusiya Patriarxın Moskva şəhəri üzrə katibi protopresviter Vladimir Divakov,  Moskva və Bütün Rusiya Patriarxın müşaviri protoiyerey Nikolay Balaşov, Bakı Yeparxiyası idarəsinin katibi Bakı şəhəri Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi protoiyerey Dionisiy Sveçnikov, Moskva şəhər Yeparxiyasının gənclər üzrə şöbəsinin sədri Moskva şəhəri Pokrovsk qəsəbəsinin Mirlikiyalı Nikolay kilsəsinin baş keşişi protoiyerey Kirill Sladkov, Bakı Yeparxiyası və Moskva şəhəri ruhaniləri. 
 
 Liturgiyanın sonunda Patriarx Kirill müqəddəsləri Bakı və Azərbaycan yepiskopu Aleksiyə nəsihətini verdi və ona arxiyerey əsasını təqdim etdi.  Ənənəyə görə, yeni təyin olunmuş yepiskop imanlılara ilk arxipastır xeyir-duasını verdi.


Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
575

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
528

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
491

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
75
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər