Xəbərlər 2024
Patriarx Kirill müqəddəslərinin Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) həzrətlərinə arxiyerey əsasını təqdim edərkən müraciəti
13 iyun 2024-cü il tarixində Rəbbin Meracı (Rəbbin Göylərə Qalxması) Bayramında, Moskva şəhəri Nikitsk Qapıları yaxınlığında Storoji qəsəbəsinin “Rəbbin Meracı” kilsəsində keçirilən Liturgiya zamanı, Moskva və Bütün Rusiya Patriarxı Kirill müqəddəsləri arximandrit Aleksiy (Smirnovun) Bakı və Azərbaycan yepiskop xirotoniyasına başçılıq edib. Liturgiyanın sonunda Rus Pravoslav Kilsəsinin Başçısı yepiskop Aleksiyə nəsihət verdi və ona arxiyerey əsasını təqdim etdi.
Yepiskop Aleksiy həzrətləri!
İlk dəfədir ki sən özünə belə təntənəli müraciət eşidirsən və mən səni arxipastır qardaşımızı kimi ürəkdən salamlayıram və həyatında baş vermiş mühüm hadisə olan yepiskop xirotoniyası ilə təbrik edirəm. İzzətlə merac etmiş bütün fəzilətləri səxavətlə Bəxşedən səni bu ecazkar məbədin tağları altına dəvət etdi ki, sən Müqəddəs Ruhun bol ənamlarına şərik olasan və İncil həqiqətinin qiymətli xəzinəsini Kilsəyə qüsursuz ötürən Məsih həvarilərinin davamçısı olasan.
Yepiskop çağırışı o qədər çətin və məsuliyyətlidir ki, Ruhun bu böyük xidmətini yerinə yetirmək, Allahın Padşahlığını təbliğ etmək və Rəbb İsa Məsih haqqında bütün cəsarətlə öyrətmək üçün Səmadan möhkəmləndirici güc tələb olunur (Həvarilərin işləri 28:31). Və bu şəkildə xidmət etmək üçün insanda, onun şüurunda, qəlbində, iradəsində İlahi Ruhun xüsusi varlığı tələb olunur. Kilsə adından başqa insanlara öyrətməyə cəsarət edən hər kəsdə Ruh olmalıdır.
Gedəcəyin yerlər Kəlamın şahidi və xidmətçisi (Luka 1:2) olan alovlu və qətiyyətli müqəddəs həvari Bartalmayın xatirəsini saxlayır. Burada o ilk xristian icmasını yaratdı və Cənubi Qafqazın mübarək torpağına pravoslav inancının toxumlarını səpərək şəhidliyi qəbul etdi. Bu hadisənin qədim əfsanəyə görə baş verdiyi Bakının Qız qalası ətəyində ibadət edərkən xatırla ki, indi sən həvari Bartalmayın əməyini miras alırsınan və onun birbaşa xələfisən.
Bir vaxtlar səyləri nəticəsində yaradılmış Bakı yeparxiyasının hüdudlarında tam canlı kilsə həyatının bərpa edilməsi üçün çox işlər görmüş mərhum arxiyepiskop Aleksandr daxil olmaqla, həmin kafedrada xidmət etmiş bütün arxipastırların layiqli davamçısı ol. Orada görəcəklərinin çoxunda mərhum arxiyepiskop Aleksandrın fəal əməyinin, dualarının və arxipastırlıq səylərinin izləri var. Azərbaycanda yaşayan rus əhalisinə ruhani dəstək, onların imanda və pravoslav ənənəsində möhkəmlənməsi sənin ən mühüm vəzifələrindəndir. Qoy bu işdə ölkə həyatının reallıqlarını yaxşı bilən yeparxiyanın din xadimləri sənə mehriban və etibarlı dayaq olsunlar. Lakin özün də yerli mədəniyyəti daha yaxşı tanımağa çalış, mütləq dili və adət-ənənələri öyrən, çünki bu insanlar tərəfindən həmişə yüksək qiymətləndirilir və onları ünsiyyətə daha açıq edir, necəki şərq müdrikliyi dedir: “ən qısa yol həqiqətən də ürəkdən ürəyə gedən yoldur”.
Bu qayğılarında nəinki ölkədə yüksək nüfuza malik olan Azərbaycanın dini lideri, həm də Rus Pravoslav Kilsəsinin çoxillik dostlu olan möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin fikir və tövsiyələrinə xüsusi diqqət yetir. Onunla çoxillik şəxsi ünsiyyət təcrübəmdən şəhadət vermək istərdim ki, o, fövqəladə mənəvi zadəganlığa və böyük müdrikliyə malik bir insandır. Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsi və Azərbaycanın dünyəvi rəhbərliyi arasında həqiqətən xoş, konstruktiv və etibarlı münasibətlərin yaradılmasına və möhkəmlənməsinə böyük töhfə verib.
Sən kilsə itaətkarlığının, gərgin əmək və Məsihin işi üçün şövqün nə olduğunu yaxşı bilərək, əhəmiyyətli həyat, keşişlik və inzibati təcrübəyə sahib olmaqla, yepiskopluğun çətin yoluna qədəm qoyursan. Keçən illər ərzində sən mənəvi maarifləndirmə sahəsində çox çalışdın- bundan sonra da sənə əmanət edilənləri iman həqiqətlərində təsdiqləməyə davam et ki, Həvari Paulun çağırışına uyğun olaraq, onlar Rəbbə layiq şəkildə həyat sürərək hər cür xeyirli əməldə bəhrə versinlər (Kol 1:10).
Bunun üçün təkcə fərdlərə deyil, ümumiyyətlə Kilsə ilə təmasda olan hər kəsə göstərilən xristian xeyirxahlığı kimi dərk etdiyimiz müxtəlif sosial fəaliyyətini inkişaf etdir, insanları, xüsusən də gəncləri könüllü xeyriyyə işlərində fəal iştiraka cəlb et ki, beləliklə, məhəbbətin fədakar səyləri vasitəsilə Yaradanımızın və Xilaskarımızın əzəmətli Adı izzətlənsin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Məsihin şagirdlərisiniz (Yəhya 13:35). Məhəbbət isə əməl tələb edir buna görə də yaxşı əməllər olmadan heç kim sizin Xilaskarın şagirdləri olduğunuzu bilməyəcək.
Kilsənin sənə həvalə etdiyi arxiyerey xidmətinin məsuliyyətini dərk edərək, özünə və indi nəzarətçisi, yəni yepiskopu təyin olunduğun sürüyə diqqət yetirərək (Həvarilərin işləri 20:28), hər şeydən çox, Uca Yaradanın mərhəmətindən döndərə biləcək özünə bədgümanlıqdan və təkəbbürdən, lovğalıqdan və hakimiyyətpərəstlikdən çəkin. Allahın əmrlərinə əməl et - o zaman O da sənin dualarını eşidəcəkdir. Yepiskop Qafqazlı İqnatinin (Bryançaninovun) müdrik sözlərinə görə, ilk növbədə ürəyinin yepiskopu olmağa çalış, yəni öz daxili əhval-ruhiyyənə nəzər yetir, Ruhun təqdis etdiyi düşüncə və hisslərini Məsihə qurban gətir. Bu gözəl sözləri İqnatiy Bryançaninov 1857-ci il oktyabrın 18-də yepiskop təyin edilərkən söyləyib və bu günə qədər bu sözlər yepiskopların hər biri üçün bələdçi ola bilər və olmalıdır.
Bu İlahi Liturgiyanın nəğmələri bitəcək, təntənəli salamlamalar və nidalar susacaq, buxur tüstüsü və ətiri əriyəcək, lakin sən bu müqəddəs anları hər zaman xatırla, ruhunda bu ehtiram titrəməsini saxla, Patriarxın ata nəsihətini zehnində möhkəm həkk et. Patriarx bu sözləri yalnız ənənəyə görə deyil, yeni təyin edilmiş yepiskopa bir daha həqiqətəri təlqin etmək üçün söyləyir, çünki yalnız onları rəhbər tutaraq yepiskop ona əmanət edilmiş sürünün layiqli qəyyumu ola bilər.
Beləliklə, cəsarətlə çətin arxıpastırlıq yollarından keçərək, həvari şagirdi olan müqəddəs Yermanın çağırışına qulaq as: hər kəsə Allahın böyüklüyündən danış və lütf qazanacaqsan ("Çoban"). Bu nəsihəti sənə ünvanlayaraq, mən həvari varisliyinin və sənə verilmiş yepiskop hakimiyyətinin simvolu kimi bu əsanı sənə təqdim edirəm. Yepiskopun hakimiyyəti – məhəbbət hakimiyyətidir. Bu müqəddəs məbəddə olan və xirotoniyan zamanı sənin üçün dua edən insanlara xeyir-dua verərək, Xilaskarın köməyinə ümid edərək, sülh ilə Kilsə üçün yeni xidmətinə başla, Rəbbin Yol, Həqiqət və Həyat olmasına sözdə və əməldə şəhadət ver (Yəhya 14:6). Amin.
Xəbərlər
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
287Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
232Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
224Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
12.09.2025
186Gəncəyə arxıpastır səfəri
Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncəyə arxipastır səfəri edib. Arxiyereyin səfəri, 12 sentyabr — Müqəddəs Mömin Böyük knyaz Aleksandr kilsəsinin taxt-tac bayramına təsadüf edib. Kilsədə bayram İlahi Liturgiyası ...
21.09.2025
69Allahın Əqdəs Validəsinin Mövludu bayram münasibətilə bayram ibadətləri keçirilib
Sentyabırın 21-i Kilsə Allahın Əqdəs Validəsinin Mövludu Bayramını qeyd edir. Bu bayram həmçinin Bakının Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin taxt-tac bayramıdır. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy həmin ...
27.09.2025
68Azərbaycanda Anım Günü qeyd olunur
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli fərmanı ilə təsis edilmiş bu anım tarixi hər il 44 günlük Vətən Müharibəsinin başlandığı gündə qeyd ...





