Xəbərlər 2024
Arximandrit Aleksinin (Smirnovun) Bakı və Azərbaycan yepiskopu adlandırılması ilə bağlı müraciəti
12 iyun 2024-cü il tarixində Moskva və Bütün Rusiya Patriarxı Kirill Moskva şəhəri Xilaskar Məsih kafedral kilsəsinin taxt zalında arximandrit Aleksiy (Smirnovun) Bakı və Azərbaycanın yepiskopu adlandırılması ayininə başçılıq edib. Adlandırma zamanı arximandrit Aleksiy Patriarx müqəddəslərinə və onu ibadətdə müşayiət edən arxipastırlara müraciət edib.
Zati-Müqəddəsləri, həzrətimiz və sevimli atamız! Arxiyepiskoplar və yepiskoplar həzrətrləri, Məsih Kilsəsinin arxipastırları!
Əhdi-Cədidin Müqəddəs Yazıları Xristian Kilsəsi çobanının necə olması barədə danışır: “Yaxşı çoban qoyunlar uğrunda canını qurban verər.” (Yəhya 10:11). Rəbbimiz İsa Məsihin bu sözləri yepiskopun üzərinə xüsusi bir məsuliyyət qoyur: yepiskop insanlara yalnız dua və sözlərlə deyil, həm də arxpastırlıq çağırışında öz həyatı ilə fədakarlıqla xidmət etməyə tamamilə hazır olmalıdır. Bunu dərk etmək məni heyrətə gətirir. Mən günahlarımın fərqindəyəm, qüsurlarımın fərqindəyəm və buna görə də sizdən xahiş edirəm ki, mənim üçün dua edəsiniz, mənə xeyir-dua verəsiniz, təcrübəniz və müdrikliyinizlə məni istiqamətləndirəsiniz ki, Allahın Kilsəsinin arxipastırı böyük həvari çağırışını layiqincə yerinə yetirə bilim. Mən Rəbbdən mənə kömək etməsini diləyirəm və məzmurçu Davudun sözləri ilə Ona müraciət edirəm: “Öz xalqını qurtar, seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, xalqının əbədilik qayğısına qal!” (Məzmur 27:9).
Allahın lütfü, Zati-Müqəddəslərinizin və Müqəddəs Sinodun müdrik qərarı ilə mən Azərbaycan Respublikasında yepiskop kimi xidmət etməyə çağırılmışam. 1944-cü ildən 1998-ci ilə qədər Bakı yeparxiyası Stavropol yeparxiyasının tərkibində olub və indi mənim gözümün qabağına orada xidmət edən arxipastırlar və pastırlar gəlir. Bəziləri haqda mənə danışıblar, bəzilərini özüm görmüşəm, bir çoxu ilə seminariyada oxuyanda və gənc keşiş olanda ünsiyyət qurmuşam. Bu pastırlardan mən Bakıda və Azərbaycanın digər şəhərlərində pravoslav xristianların həyatı, bu mübarək diyarda həmişə mövcud olmuş və indi də qalan xalqlar arasında dostluq haqqında hekayələr eşitmişəm. Arxiyepiskop Antoninin (Zavqorodnıy), arxiyepiskop Aleksandrın (İşein) adlarını ehtiramla xatırlayıram. Mənim üçün arxipastırlığın ən vacib nümunəsi mitropolit Gedeondur (Dokukin). Allahın Qəzzavü-Qədəri ilə 1990-cı ildə Stavropol şəhərində Müqəddəs Həvari Andrey kafedral kilsəsinin qapısından keçəndə Gedeon həzrətləri məni öz ruhani himayəsinə götürdü, Stavropol İlahiyyat Seminariyasına və Sankt-Peterburq İlahiyyat Akademiyasına daxil olmaq üçün xeyir-dua verdi, məni diakon və presviterliyə (keşişliyə) qəbul etdi və mənə rahib mantiyasını təqdim etdi. Mitropolit Gedeondan eşitdiyim o sözlər, onun müdrikliyi, Allaha məhəbbəti, Qafqazda sülhməramlı fəaliyyəti məni bu günə qədər ruhlandırır.
İndi isə, Zati-Müqəddəslərinizin və Allah Kilsəsinin arxipastırlarının qarşısında dayanaraq, sizdən mərhəmətli Allaha müqəddəs dualar etməyinizi xahiş edirəm ki, O, mənim arxpastırlıq xidmətimə xeyir-dua versin və xidmətim Müqəddəs Ana Kilsəmizin rifahı üçün xoş bəhrələr gətirsin. Qoy müqəddəs İlahiyyatçı Qriqorinin arxipastır haqqında dediyi bu sözləri yepiskopluq borcumu yerinə yetirməkdə mənə örnək olsun: “O, nəinki öz ruhunda olan pis surətləri silməyə, həm də ən yaxşılarını çəkməyə borcludur ki, ləyaqətdə başqalardan üstün olmaqdansa, fəzilətlər baxımından başqalarından üztün olsun” (Müqəddəs İlahiyyatçı Qriqoriy. Moizə 3).
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
515Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
492Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
445Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
07.03.2026
75Belarusun Azərbaycandakı səfirliyinin Müqəddəs Kirill Turov ibadətgahında dua mərasimi keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Belarusun Azərbaycandakı səfirliyində yerləşə Müqəddəs Kiril Turov ibadətgahında dua mərasimi keçirib. İbadətdə Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri ...
12.04.2026
67Bakıda Pasxa bayramı
Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...
08.03.2026
66Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Böyük Orucun 2-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri ...