Xəbərlər 2024

Yepiskop Aleksiy Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində İlahi Liturgiya keçirib

Yepiskop Aleksiy Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində İlahi Liturgiya keçirib

Allahın Validəsi ikonasının Kazan şəhərində tapılması bayramının qeyd edildiyi gündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Lənkəran şəhərindəki Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi ibadət zamanı Bakı Yeparxiyasının katibi Dionisiy Sveçnikov, Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr Astaşkin, iqumen Kirill (Nikitin), Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev, iyerey Roman Çertıkov və protodiakon Vadim Tokarev müşayiət ediblər. 
İbadətin sonunda pravoslav lənkəran ailəsi Sevgi, Ailə və Sədaqət Gününün qeyd edilməsi çərçivəsində nikahda 25 ildən artıq olan  cütlüklərə təqdim olunan “Sevgi və sədaqətə görə” medalı ilə təltif edildi. 
Ailə, Sevgi və Sədaqət Günü hər il iyulun 8-də qeyd olunan və nikah və ailənin himayədarları kimi ehtiram edilən Muromlu Müqəddəs Pyotr və Fevroniyanın xatirəsinə həsr olunmuş bayramdır. 47 il birlikdə ailə həyatı yaşayan Opanasyuk ailəsinə medalı və sertifikatı yepiskop Aleksiy və Bakı Rus Evinin rəhbər müavini Dmitriy Yeqorov təqdim ediblər.  
Sonra kilsənin həyətinə toplaşanların hamısına çay və şirniyyatlar təklif olundu. Çay süfrəsi arxasında imanlılarla söhbət edən yepiskop Aleksiy Dua Örpəyi kilsəsinin imanlılarına səmimi qəbula və birgə duaya görə təşəkkür edib və belə görüşlərin müntəzəm olacağını qeyd edib.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
591

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
542

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
508

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
16.06.2026
55
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib

Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub
19.06.2026
42
Yeparxiya xəbərləri

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub

Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin ...

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
40
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Xəbərlər