Xəbərlər 2024
Sumqayıt kilsəsində taxt-tac bayramı
Avqustun 1-də Kilsə Müqəddəs Sarovlu Serafimin xatirəsini yad edir. Həmin gün Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsində taxt-tac bayramı qeyd olunub. İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi Bakı Yeparxiya İdarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov, iqumen Kirill (Nikitin), kilsənin baş keşişi iyerey Rostislav Şahvələdov və diakon Veniamin Sultanov müşayiət ediblər. Liturgiya başlamazdan əvvəl yepiskop Aleksiy Stavropol İlahiyyat Seminariyasının məzunu Dmitriy Dovqalın oxucu xidmətinə təyin edilməsi ayinini keçirdi. Yeparxiyanın zəvvarlıq şöbəsi tərəfindən Bakı kilsələrinin imanlıları üçün Sumqayıta səfər təşkil edilmişdir.
Liturgiyanın sonunda yepiskop Aleksiy toplaşanların hamısına arxipastır nəsihəti ilə müraciət etdi. Kilsənin baş keşişini və kilsə imanlılarını bayram münasibətilə təbrik edən yepiskop pravoslav sumqayıtlılar ilə birlikdə dua etmək imkanına görə şad olduğunu qeyd etdi və zəvvarlar adından kilsəyə hədiyyə olaraq oyma taxta xaç təqdim etdi.
İbadətdən sonra yepiskopu Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsi Hacı Rauf Sərdarov və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsinin müdiri Yalçın Abdullayev salamlayıblar.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
591Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
542Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
508Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
13.06.2026
4813 iyun – yepiskop Aleksinin arxiyerey xirotoniyasının günü
İyunun 13-də Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətləri arxiyerey xirotoniyasının ikinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Aleksiy həzrətləri, yeparxiya ruhanilərinin müşayiətilə Bakı şəhəri Müqəddəs ...
16.06.2026
46Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...
13.06.2026
45Yepiskop Aleksiy Azərbaycan Kazakları Birliyinin atamanı ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Kazakları Birliyinin atamanı Yuri Çigiryov arasında görüş keçirilib. Görüş zamanı kazaklar üçün ...