Xəbərlər 2024

Uzun illərdən sonra Qazax şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi Liturgiya keçirilib

Uzun illərdən sonra Qazax şəhəri Müqəddəs Ecazkar Nikolay  kilsəsində İlahi Liturgiya keçirilib

Uzun illərdən sonra ilk Qazax şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi Liturgiya keçirilib. XIX əsrin sonlarında tikilmiş kilsə sovet dövründə bağlanmış və başqa məqsədlər üçün istifadə edilmişdir. 2010-cu illərin ortalarında Qazax şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçmiş kilsənin binası təmir edilmiş, rənglənmiş və o vaxtdan təmiz və səliqəli saxlanılmışdır. Dirçəlmiş Bakı yeparxiyasının ilk arxiyereyi arxiyepiskop Aleksandrın (İşeyinin) səyləri nəticəsində kilsənin tarixi binasında vaxtaşırı ibadətlər keçirmək imkan əldə edilmişdir. 2024-cü ilin sentyabrında ölkənin qərb bölgəsinə arxipastır  səfəri zamanı Bakı və Azərbaycan yepiskopu Aleksiy kilsəni ziyarət etdi.  
Əllinci Gün bayramından sonra 26-cı Rəbb Günü  Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə  Qazax kilsəsində onilliklər boyu viran qaldıqdan sonra ilk dəfə İlahi Liturgiya keçirildi. İbadətə  Gəncə şəhəri Aleksandr Nevskiy kilsəsinin baş keşişi Varfolomey Sotnikov başçılıq edib.  Liturgiyada Gəncə və Ağstafa şəhərlərindən gələn zəvvarlar dua ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024