Xəbərlər 2025

"Yer və Səma" yeparxiya uşaq yaradıcılığı müsabiqəsi başladı

"Yer və Səma" yeparxiya uşaq yaradıcılığı müsabiqəsi başladı

"Yer və Səma" yeparxiya uşaq yaradıcılığı müsabiqəsi başladı. Müsabiqədə iştirak etmək üçün Azərbaycanın bazar günü və ümumtəhsil məktəblərinin, liseylərinin, incəsənət məktəblərinin və studiyalarının şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin və digər uşaq müəssisələrinin şagirdləri dəvət olunur. Təfərrüatlar müsabiqənin əsasnaməsində göstərilib.

"Yer və səma" yeparxiya uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnamə.

1. TƏSİCİ VƏ TƏŞKİLATÇILAR

Müsabiqənin təsisçisi Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır.

Müsabiqə Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyası və Azərbaycan Rus Gəncləri Assosiasiyasının iştirakı ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası tərəfindən keçirilir.

Münsiflər heyətinə təşkilat komitəsinin nümayəndələri, incəsənət və mədəniyyət xadimləri daxildir.

2. MƏQSƏD VƏ VƏZİFƏLƏR

Müsabiqənin əsas məqsəd və vəzifələri:

  • gənc nəslin mənəvi-əxlaqi tərbiyəsi;
  • slavyan yazısının mənşəyi ilə tanışlıq yolu ilə gəncləri pravoslav mədəniyyəti və ümumilikdə dünya mədəniyyəti ilə tanış etmək və tanıtmaq;
  • gənc istedadların üzə çıxarılması və inkişafı;
  • uşaqlar və gənclər üçün yaradıcı ünsiyyət mühitinin yaradılması.

3. MÖVZU

Müsabiqə iştirakçıları gündəlik həyatda onları əhatə edən hər şeyi - ailəsini, dostlarını, evini və şəhərini, müxtəlif təzahürlərində təbiəti öz rəsmlərində və təsviri sənətin digər növlərində əks etdirməlidirlər. Təqdim olunan əsərlərin mövzusu Müqəddəs Yazılardan və Müqəddəs Ənənələrdən səhnələr ola bilər. Uşaqlar Allahın yaratdığı dünya haqqında təsəvvürlərini kağıza köçürməklə ətrafdakı gözəlliyi görməyə, ona görə də öz torpağını, Vətənini sevməyi öyrənirlər.

4. MÜSABİQƏNİN ƏSAS MÖVZULARI:

  • Müqəddəs Kirill və Mefodiy.
  • Bibliya hekayəsi.
  • Slavyan nağıllarının qəhrəmanları.
  • Vətənim Azərbaycandır (Azərbaycanda elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində).
  • Qarabağ motivləri (44 günlük Vətən Müharibəsində Qələbənin 5-ci ildönümünə)
  • Sənin şücaətin ölməzdir, azad edən əsgər (Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə).

5. ŞƏRTLƏR

5.1 Müsabiqədə Azərbaycanın bazar günü və ümumtəhsil məktəblərinin, liseylərinin, incəsənət məktəblərinin və studiyalarının şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin və digər uşaq müəssisələrinin şagirdləri iştirak edə bilərlər.

5.2 Müsabiqə üç yaş qrupu üzrə keçirilir:

  • I qrup – 8 yaşa qədər;
  • II qrup – 9 – 12 yaşa qədər;
  • III qrup – 13 – 17 yaşa qədər.

Müsabiqə iştirakçılarının işləri 10 may 2025-ci il tarixindən gec olmayaraq aşağıdakı ünvana təqdim edilməlidir:

Bakı, Zərgərrpalan küçəsi, 38, Müqəddəs Ali-Mələk Mikayıl (Arxanqel Mixail) kilsəsi, "Yer və Səma" müsabiqəsi.

Münsiflər heyəti tərəfindən seçilən qalib işlər, nəticələrin elan olunduğu gün – 2025-ci il may ayının son ongünlüyündə təqdim olunacaq.

Əsərlərə rəy bildirilmir və əsərlər geri qaytarılmır.

Müsabiqəyə təqdim edilən əsərlərdən istifadə üzrə bütün hüquqlar Bakı və Azərbaycan Yeparxiyasına məxsusdur.

5.3 Təqdim olunan işlərə dair tələblər:

  • İşlər, son bir il ərzində, karandaş, akvarel, quaş, pastel, yağ və ya digər uyğun materiallarda yerinə yetirilməlidir;
  • rəsmlərin ölçüləri – 30x40 sm-dən az və 50x70 sm-dən çox olmamalıdır
  • rəsmlər paspartu-ya və çərçivələrə salınmır;
  • əsərin arxa tərəfində müəllifin soyadı, adı, yaşı, valideynlərlə əlaqə saxlamaq üçün telefon nömrəsi, rəsm əsərinin adı, habelə müəllimin soyadı, adı, atasının adı, təhsil müəssisəsinin və ya kilsənin ünvanı göstərilməlidir.

6. MÜSABİQƏDƏ YERLƏRİN BÖLÜMÜ

Müsabiqənin qalibləri üçün 18 mükafat yeri nəzərdə tutulub:

  • birinci yerlər – üç (hər yaş qrupunda bir);
  • ikinci yerlər – altı (hər qrupda iki);
  • üçüncü yerlər – doqquz (hər qrupda üç).

7. XÜLASƏ

7.1. Münsiflər heyəti nəticələri 24 may 2025-ci il tarixinədək yekunlaşdıracaq. Müsabiqənin nəticələri Bakı və Azərbaycan Yeparxiyasının www.pravoslavie.az saytında və digər yeparxiya və kilsə internet resurslarında dərc olunacaq.

7.2. Müsabiqənin bütün iştirakçıları fərmanlarla, qaliblər isə Fəxri Fərman və hədiyyələrlə təltif olunacaqlar. Mükafatlandırma mərasimi Bakıdakı mədəniyyət məkanlarından birində baş tutacaq və burada müsabiqənin ən yaxşı əsərləri təqdim olunacaq.

7.3 Təqdim olunan bütün işlər müsabiqə təşkilatçılarının internet resurslarındakı tədbir qalereyasında yerləşdiriləcək.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
29.12.2025
219

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy

Cəlilabadda xeyriyyə aksiyası
28.12.2025
227

Cəlilabadda xeyriyyə aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
28.12.2025
247

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin

Xəbərlər

Populyar Xəbərlər

Bakıda Pasxa bayramı
12.04.2026
120
Yeparxiya xəbərləri

Bakıda Pasxa bayramı

Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib
08.04.2026
90
Yeparxiya xəbərləri

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib

Müqəddəs Həftənin çərşənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib. ...

7 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı
07.04.2026
81
Yeparxiya xəbərləri

7 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı

Aprelin 7-də Kilsə Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramını qeyd edir. Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində keçirilən ərəfə İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. ...

Xəbərlər