Xəbərlər 2025

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun iclasında Bakı və Xəzəryanı Yeparxiyasının bərpası qərarı qəbul edilmişdir. Yepiskop Aleksandr (İşeyin) bərpa edilmiş yeparxiyanın ilk başçısı oldu. Yepiskop Aleksandrın xeyir-duası ilə Allahın Validəsinin Xəzər ikonası çəkildi. İkonada Müqəddəs Məryəm Öz örpəyini xəzəryanı ölkələrin üzərində sərən kimi təsvir olunub. Orijinal ikona Bakı Yeparxiyasının kafedral kilsəsində saxlanılır.

Bayram günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya və bayram duası mərasimi keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. Liturgiyadan sonra, dünyavi Yeni ili ərəfəsində Yeni il üçün xeyirdua mərasimi keçirildi. İbadətdə iştirak edənlərin hamısına Bakı Yeparxiyası tərəfindən nəşr olunmuş 2026-cı il üçün təqvimlər paylandı.



Xəbərlər