Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

Yepiskop Aleksiy  Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs Andrey kafedral kilsəsində bayram İlahi Liturgiyadı ilə başlayıb. İbadətə Stavropol və Nevinnomıssk mitropoliti Kirill başçılıq edib. Mitropolit Kirilli Bakı və Azərbaycan yepiskopu Aleksiy, Stavropol Ruhani Seminariyasının rektoru protoiyerey Pavel Samoylenko, Rus Pravoslav Kilsəsinin Gənclərlə İş üzrə Sinodal Şöbəsinin sədri vəzifəsini icra edən iyeromonax Filaret (Zubov), seminariyanın müəllimləri və keşiş rütbəsində olan məzunları müşayiət ediblər. İlahi Liturgiyada ruhani məktəbin rəhbərliyi, müəllim heyəti, tələbələr, Stavropol Ruhani Seminariyasının məzunları və Müqəddəs Andrey kafedral kilsəsi icmasının möminləri dua ediblər.

Liturgiyadan sonra Stavropol mitropoliyasının rəhbəri yepiskop Aleksiyi salamlayıb, ruhani məktəbin rəhbərliyini, müəllimlərini və məzunlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib. Yepiskop Aleksiy də tədbir iştirakçıları qarşısında təbrik nitqi ilə çıxış edib.

Daha sonra Stavropol Ruhani Seminariyasının tarixi binasında təntənəli məzun buraxılışı mərasimi keçirilib. Tədbirdə Stavropol diyarının dövlət və təhsil qurumlarının nümayəndələri, kazaklar və digər qonaqlar iştirak ediblər. Salamlama və təbrik çıxışlarından sonra Stavropol və Nevinnomıssk mitropoliti Kirill və Bakı və Azərbaycan yepiskopu Aleksiy məzunlara ruhani məktəbi bitirmələri haqqında diplomları təqdim ediblər.

2025–2026-cı tədris ilinin yekunlarına əsasən, Stavropol Ruhani Seminariyasını əyani pastorluq şöbəsi üzrə 10 tələbə, qiyabi şöbə üzrə 17 tələbə, reqentlik şöbəsi üzrə 12 tələbə və kilsə icmaları üzrə mütəxəssislərin hazırlanması şöbəsi üzrə 12 məzun bitirib.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı Yeparxiyasının Yeparxiya Şurasının iclası keçirilib
24.08.2026
2

Bakı Yeparxiyasının Yeparxiya Şurasının iclası keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksinin sədrliyi ilə Yeparxiya Şurasının iclası keçirilib. İclasda Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin 100 illik yubileyinin qeyd

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib
24.08.2026
4

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib. Tədbirə Bakı və Azərbaycan yepiskopu Aleksiy sədrlik edib. Seminarda Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi

24 avqust -  Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümüdür
24.08.2026
4

24 avqust - Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümüdür

24 avqust Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümü günüdür. Bu əlamətdar gündə arxiyerey Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində yeparxiya ruhanilərinin

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
57
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
46
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
27.06.2026
38
Yeparxiya xəbərləri

Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər

Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq ...

Xəbərlər