Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq şöbəsi tərəfindən Azərbaycanın ən cənub prixodu – Lənkəran şəhərindəki Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinə səfər təşkil olunub.
Lənkərana gedərkən uşaqlar onları müşayiət edən böyüklərlə birlikdə 2003-cü ildə Salyan və Neftçala rayonlarının ərazisində yaradılmış Şirvan Milli Parkında olublar. Park Azərbaycanın «Qırmızı Kitabı»-na daxil edilmiş ceyranların və nadir su quşlarının qorunması məqsədilə yaradılıb. Qonaqlar üçün təşkil olunan ekskursiya zamanı uşaqlar qoruğun zəngin flora və faunası ilə tanış olublar.
Lənkərandakı kilsədə tədris ilinin uğurla başa çatması münasibətilə şükranlıq dua mərasimi keçirilib. İbadət zamanı ilahiləri Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq xoru ifa edib.
Dua mərasimindən sonra Zəvvarlıq şöbəsinin əməkdaşı Yekaterina Şmelkova gənc zəvvarlar adından kilsəyə «Uşaqlara xeyir-dua» adlı Xilaskarın ikonasını hədiyyə edib. Kilsənin baş keşişi protoiyerey Aleksandr Astaşkin uşaqlara bu qiymətli hədiyyəyə görə təşəkkürünü bildirib, onları tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edib və hamıya müqəddəs su səpib . Daha sonra kilsənin həyətində iştirakçılar üçün çay süfrəsi təşkil olunub.
Səfər Hirkan Milli Parkının füsunkar guşələrindən birində davam edib. Burada uşaqlar və böyüklər təbiət qoynunda dincəlib, müxtəlif idman və inkişafetdirici oyunlarda iştirak ediblər.
Qrupu səfər boyu Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi protoiyerey Mefodiy Əfəndiyev və Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsinin baş keşişi Rostislav Şaxvələdov müşayiət ediblər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
23.08.2026
6Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda
22.08.2026
2Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün
19.08.2026
519 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı
Avqustun 19-da Kilsə Rəbbimiz Allahımız və Xilaskarımız İsa Məsihin Surətinin Dəyişilməsi bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi
Populyar Xəbərlər
13.07.2026
5613 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
44Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
27.06.2026
35Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq ...