Xəbərlər 2025
Yepiskop Aleksiy isim gününü qeyd edib
30 mart – Allah adamı, Müqəddəs Aleksinin xatirəsi günüdür. Bu gün Bakı və Azərbaycan yepiskopu Aleksiy isim gününü qeyd edir. Yepiskop Aleksinin isim günü sevincini bölüşmək və onu qarşıdan gələn 50 illik yubileyi münasibətilə təbrik etmək üçün Bobruysk və Bıxov yepiskopu Serafim və Merano şəhərinin Müqəddəs Ecazkar Nikolay kilsəsinin baş keşişi arximandrit Sergiy (Akimov) Bakıya gəliblər.
Ərəfə axşamı, martın 29-da, Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində gecə ibadəti, bayram günü isə İlahi Liturgiya keçirildi. Yepiskopları Bakı yeparxiyasının ruhaniləri, arximandrit Sergiy (Akimov) və Bobruysk şəhər dairəsinin məsul keşişi Sergiy Qusar müşayiət ediblər. İbadətdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç xanımı ilə birlikdə, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin iştirak ediblər.
Xidmətin sonunda yepiskop Serafim yepiskop Aleksini isim günü və qarşıdan gələn yubiley münasibətilə təbrik etdi. Yeparxiyanın din xadimləri adından yepiskop Aleksini Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi protoiyerey Dionisiy Sveçnikov təbrik etdi. Arxipastırı həmçinin kafedral kilsəsinin uşaq bazar günü məktəbinin şagirdləri, imanlılar və gənclər də təbrik etdilər.
Xəbərlər

Bölmənin digər xəbərləri
29.12.2025
301Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy
28.12.2025
301Cəlilabadda xeyriyyə aksiyası
Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk
28.12.2025
31828 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin
Populyar Xəbərlər
13.07.2026
6813 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
58Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
21.07.2026
3921 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...