Xəbərlər 2025

Bazar günü məktəblərinin şagirdləri Şamaxı rayonunda olublar

Bazar günü məktəblərinin şagirdləri Şamaxı rayonunda olublar

Dərs ilinin sonunda Bakı yeparxiyası kilsələrinin bazar günü məktəblərinin şagirdləri üçün Şamaxı rayonuna maarifləndirici səyahət təşkil olunub. Uşaqlar müəllim və valideynlərin müşayiəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən rəsədxana gecə-gündüz ziyarətçiləri qəbul edir. Uşaqlar muzeyin eksponatları və regionun ən böyük teleskopu ilə tanış olmaq imkanı əldə ediblər.

Ekskursiya proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2018-ci ildə inşa edilmiş Dəmirçi kənd Arxeologiya Muzeyində davam etdirilib. Muzeydə Şamaxı rayonunda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, nadir daş alətlər, əmək alətləri, soyuq silahlar, sikkələr, gil məmulatlar və digər qiymətli tapıntılar nümayiş etdirilir. Dəmirçi kəndi Azərbaycanın çoxəsrlik dəmirçilik ənənələri yaşadan guşələrindən biridir. Bazar günü məktəbinin şagirdləri xalq sənətkarlarının emalatxanalarında olub, onların işləri ilə tanış olublar.

Səfər Bakı Yeparxiyasının zəvvarlıq və katexizasiya şöbələri tərəfindən təşkil olunub.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
29.12.2025
329

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy

Cəlilabadda xeyriyyə aksiyası
28.12.2025
331

Cəlilabadda xeyriyyə aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
28.12.2025
339

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
80
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
71
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi»
05.09.2026
48
Yeparxiya xəbərləri

Uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi»

Sentyabrın 2-i və 3-ü Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi» layihəsi təşkil olunub. ...

Xəbərlər