Xəbərlər 2025
Arxiyerey gənclərin zəvvar səfərinə başçılıq edib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Yeparxiyasının zəvvarlıq üzrə şöbəsinin gənclər üçün təşkil etdiyi zəvvar və maarifləndirici səfərinə başçılıq edib.
Səfər Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsinə ziyarətlə başlayıb, kilsədə səyahətçilər üçün dua mərasimi keçirilib. Səyahət zamanı gənclər Azərbaycanın Şamaxı və İsmayıllı rayonlarının təbiətinin gözəlliyini seyr etmək, ölkənin tarixi-mədəni irs yerləri ilə tanış olmaq imkanı əldə ediblər. Qrup orta əsrlərə aid qədim mis qab-qacaq istehsalı sənətinin mərkəzi olan Lahıc kəndində, Dəmirçilər kəndində olub, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2018-ci ildə inşa edilmiş Dəmirçi arxeologiya muzeyində olublar. Şamaxı Astrofizika Rəsədxanasının muzey ekspozisiyası və teleskopun işi ilə tanışlıq xüsusi maraq doğurdu.
Gənc zəvvarlar üçün mühüm iman əməli kimi yepiskopla birlikdə dəniz səviyyəsindən 1500 m-dən çox hündürlükdəki dağ zirvələrindən birində vətəndə sülh və ölkənin firavanlığı üçün edilən dua oldu. Səfərin sonunda yepiskop Aleksiy gənclərlə söhbət etdi; çay süfrəsi arxasında keçən söhbətdə gənclər yepiskopa müxtəlif ruhani mövzularda suallar verə bildilər.
Xəbərlər