Xəbərlər 2025

Bakıda "Səmavi Sərkərdənin Qanadı Altında" adlı konsert keçirilib

Bakıda

Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin 180 illiyi münasibətilə bayram tədbirləri "Səmavi Sərkərdənin Qanadı Altında" adlı konsert ilə başlandı. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Kseniya Belıxın rəhbərliyi altında  Bakı ş. Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin xoru və birləşmiş xor hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi altında Ali-Mələk Mikayıl kilsəsinin xoru, həmin kilsənin nəznində fəaliyyət göstərən uşaq bazar günü məktəbinin xoru çıxış etdilər. Fortepiano əsərlərini Aysu Mikayılzadə  ifa etdi. Musiqili gecənin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina idi. Ali-Mələk Mikayıl kilsəsinin tarixini və hazırkı vəziyyətini nümayiş etdirən fotosərgi də tədbir iştirakçılarına təqdim olundu.

Konsertdən əvvəl Bakı və Azərbaycan yepiskopu Aleksiy salamlama nitqi ilə çıxış etdi. Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov, Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitriy Pineviç, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete və Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev iştirak ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
29.12.2025
301

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy

Cəlilabadda xeyriyyə aksiyası
28.12.2025
301

Cəlilabadda xeyriyyə aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
28.12.2025
318

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
68
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
58
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
39
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Xəbərlər