Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Prezident İlham Əliyev Azərbaycanın pravoslav icmasını Milad bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav icmasını Milad bayramı münasibətilə təbrik edib

Hörmətli həmvətənlər!

Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Əziz həmvətənlər!

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2024-cü il



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
15.09.2024
15

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün (Pentekost) bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsəsinin

Yepiskop Aleksiy Azərbaycanın qərb bölgələrinə tanışlıq səfəri edib
14.09.2024
19

Yepiskop Aleksiy Azərbaycanın qərb bölgələrinə tanışlıq səfəri edib

Azərbaycanın xristian irsi ilə tanışlıq çərçivəsində yepiskop Aleksiy ölkənin qərb bölgəsinə tanışlıq səfəri edib.  Arxiyerey Şəki rayonunun Kiş kəndində qədim Qafqaz Albaniya torpağına xristianlığın ilk toxumlarını

Beynəlxalq Həbsxana Kapelanları Assosiasiyasının Avropa Bölməsinin Rəhbər Komitəsinin üzvlərinin işçi görüşü keçirilib
14.09.2024
15

Beynəlxalq Həbsxana Kapelanları Assosiasiyasının Avropa Bölməsinin Rəhbər Komitəsinin üzvlərinin işçi görüşü keçirilib

Sentyabrın 12-13-də Dublində (İrlandiya) Beynəlxalq Həbsxana Kapelanları Assosiasiyasının Avropa Bölməsinin Rəhbər Komitəsinin üzvlərinin işçi görüşü keçirilib. Tədbirdə Beynəlxalq Həbsxana Kapelanları

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib
26.07.2024
157
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib

Bakı və Azərbaycan yepiskopu Aleksinin Gəncəyə işgüzar səfəri baş tutub. Səfər zamanı yepiskop Aleksiy Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsini ziyarət edib, burada Azərbaycan Respublikasının Prezidenti İlham ...

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib
07.09.2024
133
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib

Yeni dərs ilinin başlanması ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı kilsələrinin bazar günü məktəblərinin müəllimləri ilə işgüzar görüş keçirib. İclasda bazar günü məktəblərinin işinin ...

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
01.09.2024
121
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 8-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri ...

Xəbərlər