Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi alınıb
Aprelin 19-da Dövlət Şərq Muzeyində (Moskva) Azərbaycan xalqının görkəmli oğlu - XX əsrin əvvəllərinin sənaye xadimi və xeyriyyəçisi, Rusiya İmperiyasının müşaviri Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş gecə keçirilib.
Tədbiri Şərq Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açaraq qeyd edib ki, bəşər tarixində himayədarlıq və xeyriyyəçilik həmişə nəcib əməl kimi qiymətləndirilib. Belə insanların xidmətləri sonrakı nəsillərə örnəkdir. “Bu gün biz belə bir insanı - 100 il əvvəl dünyasını dəyişmiş Zeynalabdin Tağıyevi xatırlayırıq”, - deyə A.Sedov bildirib.
Tarix elmləri namizədi, ilahiyyat elmləri namizədi, Moskva Dövlət Linqvistik Universitetinin dosenti, iyerey Dmitriy Safonov “Azərbaycanda pravoslav-islam əməkdaşlığı ənənələrinin formalaşmasında Z.Tağıyevin töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Z.Tağıyevin 1870-ci illərdə Bakıda mqd. Aleksandr Nevskiy kafedral kilsəsinin tikintisində iştirakına dair bir sıra tarixi faktlar gətirdi. Həmçinin ata Dmitriy Rus Pravoslav Kilsəsinin Azərbaycanın müsəlman icması ilə dialoqundan, ölkədə multikulturalizm və tolerantlıq siyasətinin həyata keçirilməsində kilsənin iştirakından danışıb. Məruzənin sonunda o, Bakıda keçirilən dinlərarası forumlarda iştirakı, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə Qafqaz müsəlmanlarının başçısı Şeyxülislam Allahşükür Paşazadə arasında görüşlərin təşkili ilə bağlı şəxsi təəssüratlarını bölüşüb.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
27.09.2026
8Azərbaycanda Anım Günü qeyd olunur
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli fərmanı ilə təsis edilmiş bu anım tarixi hər il 44 günlük Vətən Müharibəsinin başlandığı gündə qeyd
27.09.2026
827 sentyabr - Rəbbin Həqiqi və Həyatverici Xaçının Ucaldılması Bayramı
Sentyabrın 27-də Kilsə Rəbbin Müqəddəs və Həyat verən Xaçının ucaldılmasını qeyd edir. Məsihin Xaçına həsr olunmuş Ucaldılma Bayramı, xristianların Qolqota Xaçına ehtiramının liturgik aspektini ifadə edir və eyni zamanda
26.09.2026
2Yepiskop Aleksiy Rəbbin Xaçının ucaldılması ayinini keçirib
Rəbbin Həqiqi və Həyatverici Xaçının Ucaldılması Bayramı ərəfəsində Bakı və Azərbaycanın yepiskopu Aleksiy Bakı Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində gecə ibadətini keçirib. Yepiskopu kafedral kilsəsinin
Populyar Xəbərlər
23.08.2026
67Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
58Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
57Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...