Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakının kafedral kilsəsində taxt-tac bayramı keçirilib
Pasxa bayramından sonra 3-cü Rəbb günündə Kilsə Xilaskarın məzarına ilk gələn və Məsihin Dirilməsi xəbərini eşidən müqəddəs Mürr-Daşıyan Zənənləri izzətləndirir. Bu il 115 illiyi qeyd edilən Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bu gün kilsənin tax-tac bayramı keçirilib.
Bakı Yeparxiyasının baş kilsəsi 1909-cu ildə həmin illərdə Bakıda yerləşən 262-ci Salyan piyada alayının ehtiyacları üçün memar F.M.Verjbitskiy tərəfindən hərbi kilsələrin nümunəvi layihəsi əsasında tikilmişdir. Sovet dövründə kilsə 1920-ci ildə ilk bağlananlardan biri idi. 1991-ci ildə kilsənin binası Rus Pravoslav Kilsəsinə qaytarıldı, 2001-ci ildə bərpa edildikdən sonra Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksiy tərəfindən təqdis olundu. Kilsəyə Bakı Yeparxiyasının kafedral kilsəsi statusu verilmişdir.
Taxt-tac bayramı günündə bayram ibadətinə Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt başçılıq etdi. İlahi Liturgiya zamanı arxiyereyi Yeparxiya kilsələrinin baş keşişləri və kafedralın ruhaniləri müşayiət ediblər. Ənənəyə görə kilsənin ətrafında dini yürüş keçirildi və yürüşün sonunda arxiyepiskop Feofilakt toplaşanların hamısına arxipastır nəsihəti ilə müraciət etdi. Bayram ibadətində iştirak edənlərin hamısı üçün kafedralın həyətində ziyafət təşkil olundu.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
21.09.2026
0Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib
Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib. Azərbaycanın mühüm pravoslav məbədlərindən biri olan Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi bu
20.09.2026
2Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.
20.09.2026
4Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb
Populyar Xəbərlər
23.08.2026
54Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
48Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
47Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...