Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Nic kəndində müqəddəs Elişanın xatirəsi təntənəli şəkildə qeyd olunub
Müqəddəs Elişa Həvari Taddayın şagirdi və Qafqaz Albaniyasında İncilin ilk vaizi idi. 2022-ci il dekabrın 24-də Bakı Yeparxiyasının Yeparxiya iclasında hər il Pasxa sonrası 4-cü Rəbb günü Müqəddəs Elişanın xatirəsinin qeyd edilməsi qərara alınmışdır.
Cənubi Qafqazda bir çox kilsələr qədim zamanlardan mqd. Elişaya həsr olunurdu. Belə kilsələrdən biri də Azərbaycanın Qəbələ rayonunun Nic kəndindəki Müqəddəs Elişa “Cotari” kilsəsidir. Alban-Udi xristian icmasının dəvəti ilə Bakı Yeparxiyasının katibi protoiyerey Dionisiy Sveçnikov, protodiakon Vadim Tokarevin müşayiətilə Qafqaz Albaniyasına məsihi nurunu gətirən mqd. Elişanın anım günündə İlahi Liturgiya ibadətini keçirib. İbadət zamanı ilahilər N.İsrafilovanın rəhbərliyi altında Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xoru tərəfindən ifa olunub. Bakı Yeparxiyasının zəvvarlıq şöbəsi paytaxt kilsələrinin imanlıları üçün Nic qəsəbəsinə səfər təşkil edib. İlahi Liturgiyada bakılılar və pravoslav udilər ilə yanaşı xüsusi olaraq Nicə Müqəddəs Elişa bayramı üçün Rusiyadan gələn zəvvarlar da iştirak ediblər.
İbadətin sonunda protoiyerey Dionisiy kilsəyə toplaşanları salamlayaraq Nic kəndinin xristian ziyarətgahlarını ziyarət edən bütün zəvvarlara göstərdikləri səmimi qonaqpərvərliyə görə Alban-Udi icmasının üzvlərinə təşəkkürünü bildirdi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
20.09.2026
2Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.
20.09.2026
4Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb
17.09.2026
5Bakıda «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda konfrans keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda keçirilən konfransda iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Populyar Xəbərlər
23.08.2026
54Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
48Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
47Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...