Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Azərbaycanın xristian icmalarının rəhbərlərindən və nümayəndələrindən ibarət nümayəndə heyəti Polşaya səfər edib

Azərbaycanın xristian icmalarının rəhbərlərindən və nümayəndələrindən ibarət nümayəndə heyəti Polşaya səfər edib

Mayın 23-25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərlik etdiyi Azərbaycandakı xristian icmalarının rəhbərləri və nümayəndələrindən ibarət nümayəndə heyəti Polşada rəsmi səfərdə olub. Pravoslav, alban-udi, katolik və protestant icmalarını təmsil edən din xadimlərinin səfəri Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Bakı Yeparxiyasını Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.

Mayın 23-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə birlikdə Varşavanın Ali Metropolit Seminariyasında olmuş, burada təhsil ocağının rektoru ata Voytsex Bartkoviç və arxiyepiskop Mixal Yanoxa ilə görüşüblər. Görüş zamanı qonaqlar multikulturalizmin Azərbaycan modeli haqqında danışıb, müasir cəmiyyətdə sabitliyə nail olmaq üçün dinlərarası dialoqun gücləndirilməsinin zəruriliyi barədə Polşa tərəfi ilə fikir mübadiləsi aparıblar.

Həmin gün nümayəndə heyəti Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümünün qeyd olunmasına həsr olunmuş rəsmi ziyafətdə iştirak etmişdir.

Mayın 24-də nümayəndə heyətinin üzvləri Varşava kardinalı Kajımij Nic, Xristian İlahiyyat Akademiyasının dekanı Yejı Ostapçuk və mqd. İohann Lestviçnik kilsəsinin baş keşişi protoiyerey Andrey Misyukla (Polşa Pravoslav Kilsəsi) görüşmüşlər. Görüşlər zamanı qonaqlar Polşa tərəfinə Azərbaycanda xristianlığın tarixi və xristian icmalarının müasir həyatı, Azərbaycan cəmiyyətinin həyatında dinlərarası dialoqun yeri və ölkə rəhbərliyinin həyata keçirdiyi multikulturalizm siyasəti barədə ətraflı məlumat veriblər.

Həmin gün Varşavanın mərkəzində Heydər Əliyev Fondunun, Bakı Beynəlxalq Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Xristian İrsi” fotosərgisinin açılışı olub. Sərginin açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, BBMM-nin icraçı direktoru Rəvan Həsənov, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi keşiş Selva Kumar salamlama nitqləri ilə çıxış ediblər. İki həftə ərzində Varşava sakinləri və qonaqları fotosərgiyə gələrək Azərbaycandakı xristian icmalarının həyatı ilə tanış olmaq imkanı əldə edəcəklər.

Mayın 25-də nümayəndə heyətinin üzvləri Polşanın baş müftisi Tomaş Miskieviç ilə görüşüb, ona Azərbaycanın strateji əhəmiyyət verdiyi dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində toplanmış təcrübə, multikulturalizmin Azərbaycan modeli barədə məlumat verilib. Görüş çərçivəsində Azərbaycan tərəfi İkinci Dünya Müharibəsi illərində Polşa ordusunda xidmət etmiş, faşizmə qarşı döyüşmüş polkovnik Vəli bəy Yadigarın məzarı üzərinə gül dəstələri düzüb.



Xəbərlər


Bölmənin digər xəbərləri

Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib
21.09.2026
2

Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib

Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib. Azərbaycanın mühüm pravoslav məbədlərindən biri olan Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi bu

Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
20.09.2026
6

Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib

Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
20.09.2026
7

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
55
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
51
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
49
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər