Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy Gəncə şəhərində kilsə taxt-tac bayramına başçılıq edib

Yepiskop Aleksiy Gəncə şəhərində kilsə taxt-tac bayramına başçılıq edib
Sentyabrın 12-də Gəncə şəhəri Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsində taxt-tac  bayramı keçirilib. Bayram İlahi Liturgiyasına və xaç yürüşünə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Yepiskop Aleksini Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, iqumen Kirill (Nikitin), protoiyerey Andrey Bezotosnıy, Gəncə ş. Aleksandr Nevskiy kilsəsinin baş keşişi iyerey Varfolomey Sotnikov, protodiakon Vadim Tokarev və diakon Aleksiy Bezotosnıy müşayiət ediblər.
İbadət ilahilərini Mixail Klimovun rəhbərliyi altında Bakı Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xor ifaçıları səsləndirdilər. Xaç yürüşünün sonunda yepiskop toplaşanları taxt-tac bayramı münasibəti ilə təbrik etdi və hamıya arxpastır nəsihəti ilə müraciət etdi. Yeparxiyanın zəvvarlıq şöbəsi tərəfindən Bakı və Sumqayıt kilsələrinin imanlıları üçün Gəncəyə səfər təşkil edilib. Zəvvarların hədiyyəsi olaraq yepiskop Aleksiy kilsəyə Müqəddəs Böyük Şəhid Müzəffər Georgiy ikonasını təqdim etdi. 
İbadətin sonunda yepiskop Aleksini kilsədə Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi Həsən Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abuzer Zeynalov salamlayıblar.


Xəbərlər