Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy dekorativ-tətbiqi sənət ustaları ailəsi ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində yepiskop Aleksiy yaradıcı insanlar ailəsi ilə görüşüb. İsgəndər, Lalə və Toğrul Sərdarlı Azərbaycan Rəssamlar İttifaqının üzvləri, dekorativ-tətbiqi sənət ustalarıdır, onların əsərləri Azərbaycan və xarici muzeylərin, qalereyaların, ayrı-ayrı şəxslərin kolleksiyalarında layiqli yer tutur. Sərdarlı ailəsi tərəfindən təşkil olunmuş "Sərdar sandıq ocağı" muzeyi dünyada yeganə bu tipli muzeydir. Lalə Sərdarlı həm də “Tətbiqi sənət nümunələrinin qorunmasına və təbliğinə yardım” ictimai birliyinin sədridir.
Yepiskopun ustalar ailəsi ilə görüşü səmimi, dostluq şəraitində keçdi. Rəssamlar öz yaradıcılıqlarından, dekorativ-tətbiqi sənət irsinin qorunub saxlanmasından, işlərində müasir texnologiyalardan istifadə etmələrindən danışıblar. Sərdarlılar ailəsi Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinə "Külli-İxtiyar Rəbb” oyma ikonasını və yepiskop Aleksiyə əl işi olan arxiyerey xaçı və panagiyanı hədiyyə olaraq təqdim etdilər. Yepiskop qiymətli hədiyyələrə görə qonaqlara təşəkkür etdi və xoş ünsiyyət və əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirdi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
20.09.2026
2Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.
20.09.2026
4Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb
17.09.2026
5Bakıda «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda konfrans keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda keçirilən konfransda iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Populyar Xəbərlər
23.08.2026
54Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
48Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
47Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...