Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Kilsə xoru A.Şnitkenin 90 illik yubileyinə həsr olunmuş konsertdə iştirak edib
Bakı Rus Evində görkəmli sovet və rus bəstəkarının anadan olmasının 90 illiyinə həsr olunmuş “Alfred Şnitkenin səs labirintləri” adlı konsert keçirilib. Tədbir A. Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun dəstəyi ilə Bakı Rus Evi, Rusiya Milli Musiqi Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Musiqili gecə başlamazdan əvvəl tamaşaçıları Bakı Rus Evinin rəhbəri İrek Zinnurov salamlayıb. Rusiya Milli Musiqi Muzeyinin baş direktoru M.A. Brızqalov muzeyin çoxşaxəli fəaliyyətindən, unikal eksponat kolleksiyasından və A.Şnitkenin yubileyinə həsr olunmuş həyata keçirilən layihələrdən danışıb.
Konsert proqramında Azərbaycanın xalq artisti Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının və Azərbaycan Dövlət Simfonik Orkestrinin solistləri, Bakı Musiqi Akademiyasının müəllimləri iştirak ediblər. Rus Evinin dəvəti və Aleksiy həzrətlərinin xeyir-duası ilə Bakı Ali-Mələk Mikayıl kilsəsinin xoru musiqili gecədə iştirak edib.
Görkəmli bəstəkarın yubileyinin qeyd olunması çərçivəsində Bakı Rus Evinin dəstəyi ilə Rusiya Milli Musiqi Muzeyi tərəfindən hazırlanmış sərgi təşkil olunub. Eksponatlara A.Şnitkenin musiqi əlyazmaları və şəxsi əşyaları, arxiv fotoşəkilləri, həmçinin bəstəkarın musiqisinin səsləndirildiyi məşhur filmlərdən kadrlar daxil edilib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
21.09.2026
2Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib
Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib. Azərbaycanın mühüm pravoslav məbədlərindən biri olan Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi bu
20.09.2026
2Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.
20.09.2026
4Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb
Populyar Xəbərlər
23.08.2026
54Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
48Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
47Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...