Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Gəncəyə işgüzar səfəri çərçivəsində, Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsində olub. Mehriban xanımı qızları Leyla Əliyeva və Arzu Əliyeva müşayiət edib.

Kilsədə ali qonaqları baş keşiş Varfolomey Sotnikov qarşılayıb, kilsənin tarixindən və hazırkı durumundan danışıb. Bildirilib ki, Azərbaycanın ən qədim pravoslav kilsələrindən biri olan Aleksandr Nevskiy kilsəsi bir sıra təmir-bərpa işlərinə ehtiyac duyur. Kilsə binası ilə tanışlıq zamanı Mehriban Əliyeva ölkəmizin tarixi-dini irsinin qorunub saxlanmasının vacibliyini vurğulayıb, ibadət yerlərinin, maddi mədəniyyət abidələrinin qorunması və bərpası Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu bildirib. Aleksandr Nevskiy kilsəsində təmir-bərpa işlərin aparılması üçün müvafiq göstərişlər verilib.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib
21.09.2026
2

Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib

Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib. Azərbaycanın mühüm pravoslav məbədlərindən biri olan Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi bu

Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
20.09.2026
6

Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib

Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
20.09.2026
7

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
56
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
51
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
49
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər