Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Azərbaycanın Prezidenti İlham Əliyev pravoslav icmasını Pasxa bayramı münasibətilə təbrik edib
Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.
Əziz dostlar!
Pasxa bayramı yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2025-ci il
Xəbərlər
Azərbaycanın pravoslav xristian icmasına
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
02.11.2025
12Belarusun Azərbaycandakı səfirliyinin Müqəddəs Kirill Turov ibadətgahında dua mərasimi keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Belarusun Azərbaycandakı səfirliyində yerləşə Müqəddəs Kiril Turov ibadətgahında dua mərasimi keçirib. İbadətdə Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli
02.11.2025
10Bakı Yeparxiyasında şəhid-keşiş İoann Qançevin xatirəsi qeyd edilib
Noyabrın 2-də Kilsə müqəddəs şəhid İoann Qançevin xatirəsini yad edir. Gələcəkdə keşiş İoann olacaq İvan Qanmev 1878-ci ildə Vladimir vilayətinin Sina kəndində anadan olub. İvan Qançev ruhani təhsili Petroqrad
01.11.2025
13Müqəddəs Dmitriy Valideyn Şənbəsində yepiskop Aleksiy mərhumlar üçün dua mərasimləri keçirib
1 noyabr Müqəddəs Dmitriy Valideyn Şənbəsidir. Bu xatirə günü, 8 noyabrda qeyd olunan Salonikili Böyük Şəhid Dmitriy bayramından əvvəlki şənbə gününə təsadüf edir. Həmin gün, mərhum pravoslav xristianlar
Populyar Xəbərlər
12.09.2025
188Gəncəyə arxıpastır səfəri
Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncəyə arxipastır səfəri edib. Arxiyereyin səfəri, 12 sentyabr — Müqəddəs Mömin Böyük knyaz Aleksandr kilsəsinin taxt-tac bayramına təsadüf edib. Kilsədə bayram İlahi Liturgiyası ...
21.09.2025
69Allahın Əqdəs Validəsinin Mövludu bayram münasibətilə bayram ibadətləri keçirilib
Sentyabırın 21-i Kilsə Allahın Əqdəs Validəsinin Mövludu Bayramını qeyd edir. Bu bayram həmçinin Bakının Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin taxt-tac bayramıdır. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy həmin ...
27.09.2025
69Azərbaycanda Anım Günü qeyd olunur
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli fərmanı ilə təsis edilmiş bu anım tarixi hər il 44 günlük Vətən Müharibəsinin başlandığı gündə qeyd ...





