Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
9 May - Qələbənin 80-cu ildönümü
Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunması ərəfəsində yüzlərlə insan Azərbaycan paytaxtının Nərimanov rayonundakı Kütləvi məzarlıq abidəsinə toplaşmışdılar. Buraya veteranlar, müharibə iştirakçılarının yaxınları, ictimai təşkilatların nümayəndələri, məktəblilər, səfirlər və diplomatik korpusun əməkdaşları gəliblər.
Tacikistan Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon və Müharibə və Əmək Veteranları Təşkilatının sədr müavini polkovnik C. Xəlilov çıxış edərək, anım tədbirinə gələnləri salamladılar. Bakı və Azərbaycan Yepiskopu Aleksiy müşayiəti ilə Vətən uğrunda canından keçmiş xatirələri əbədi olan öndər və əsgərlərin, yara və aclıqdan dünyasını dəyişənlərin, əsirlikdə və ağır zəhmət altında günahsız olaraq işgəncələrə məruz qalıb öldürülənlərin və Qələbə uğrunda əməyi keçən bütün insanların ruhlarına litiya duasını oxudu. Sonra Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi tərəfindən mərhumlar üçün dua oxundu. Tədbir iştirakçıları keçmiş SSRİ-nin hər yerindən Bakıdakı xəstəxanalarda aldığı yaralardan dünyasını dəyişən əsgərlərin məzarları üzərinə əklil və gül dəstələri qoydular.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
21.09.2026
2Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib
Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib. Azərbaycanın mühüm pravoslav məbədlərindən biri olan Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi bu
20.09.2026
6Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.
20.09.2026
7Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb
Populyar Xəbərlər
23.08.2026
56Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
51Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
49Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...