Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsi öz taxt-tac bayramını qeyd edib
Mayın 22-də Kilsə Likiyadakı Miranın arxiyepiskopu, Ecazkar Müqəddəs Nikolayın xatirəsini yad edir. Həmin gün Xaçmazdakı Müqəddəs Nikolay kilsəsinin icması öz taxt-tac bayramını qeyd edir.
Bayram ibadətlərinə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi Bakı yeparxiya idarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov, Müqəddəs Nikolay kilsəsinin baş keşişi iyeromonax Georgiy (Budaqov), Bakı Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhaniləri iqumen Kirill (Nikitin) və protodiakon Vadim Tokarev müşayiət ediblər. Xaçmaz pravoslav icmasınin bayram sevincini bölüşmək üçün Bakı Yeparxiyasının Zəvvarlıq şöbəsi Bakı və Sumqayıtdan 70-dən çox zəvvarın Xaçmaza səfərini təşkil edib.Kilsənin ərazisində yepiskop Aleksini Xaçmaz Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin nümayəndələri qarşılayıblar.
İlahi Liturgiyanın və dini yürüşün sonunda ibadətin bütün iştirakçıları üçün yemək təşkil edildi. Azərbaycan Kazaklar İttifaqının musiqi kollektivi toplaşanların qarşısında bayram konserti ilə çıxış etmişdir.
Xəbərlər