Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı yeparxiyası Rus Pravoslav Kilsəsinin zəvvarlıq xidmətləri rəhbərləri üçün məlumat turu keçirib

Bakı yeparxiyası Rus Pravoslav Kilsəsinin zəvvarlıq xidmətləri rəhbərləri üçün məlumat turu keçirib

Oktyabrın 4-dən 9-dək Bakı Yeparxiyası Rusiya və Belarusdan olan zəvvarlıq xidmətlərinin rəhbərləri üçün məlumat turu keçirib. Məlumat turunun iştirakçılar arasında Sankt-Peterburq, Samara, Krasnoyarsk, Voloqda, Vyatka, Çelyabinsk, Bryansk, Nijniy Novqorod və Böyük Novqoroddan olan zəvvar xidmətlərinin, habelə Novoqrudsk yeparxiyasının Müqəddəs Yelisey Lavrişenskiy kişi monastırının zəvvarlıq xidmətinin nümayəndələri olub.

Altı gün ərzində qonaqlar Azərbaycanın pravoslav ziyarətgahları və Qafqaz Albaniyasının xristian irsi ilə tanış olublar. Məlumat turunun iştirakçıları Azərbaycan paytaxtının pravoslav kilsələrini – Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini, Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini və Ali-Mələk Mikayıl kilsəsini ziyarət ediblər, həmçinin Sumqayıtdakı Müqəddəs Sarovlu Serafim kilsəsində dua ediblər. Zəvvarlar Bakının incisi olan İçərişəhər (İçərişəhər) tarix-memarlıq qoruğunda olublar. Kilsə ənənəsinə görə burada, Qız Qalasının yaxınlığında, Müqəddəs Həvari Bartalmayın şəhidliyi ilə bağlı məkan yerləşir.

Udi xalqının sıx məskunlaşdığı Qəbələ rayonunun Nic kəndində qonaqlar qədim Müqəddəs Elişa (Cotari) və Müqəddəs Məryəm (Bulun) kilsələrinə baxıb, Alban-Udi xristian icmasının həyatı ilə tanış olublar. Məlumat turunun iştirakçıları Azərbaycanın qədim xristian irsi ilə tanışlıq çərçivəsində Şəki rayonunun Kiş kəndində qədim Qafqaz Albaniyasına xristianlığın ilk toxumlarını gətirmiş Həvari Taddayın şagirdi Müqəddəs Elişanın vəzi yerində tikilmiş kilsə-muzeyində olublar. Zəvvarlar Qax rayonunun Qum kəndində V-VI əsrlərə — Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi dövrə aid qədim xristian bazilikasını görmüşlər. Qonaqlar Qaxdakı Müqəddəs Müzəffər Georgiy gürcü pravoslav kilsəsini və Kürmuxdakı Georgiy kilsəsini də ziyarət ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
09.11.2025
10

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pentikost bayramından sonrakı 22-ci Rəbb günü, Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad keçirilib
08.11.2025
17

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad keçirilib

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən Müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti

Bakıda
06.11.2025
23

Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən "Fərqliliyin rəngi" festivalının təntənəli açılışı Bakı Ekspo Mərkəzində baş tutdu. Azərbaycanda fəaliyyət göstərən dini

Xəbərlər

Populyar Xəbərlər

Gəncəyə arxıpastır səfəri
12.09.2025
201
Yeparxiya xəbərləri

Gəncəyə arxıpastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncəyə arxipastır səfəri edib. Arxiyereyin səfəri, 12 sentyabr — Müqəddəs Mömin Böyük knyaz Aleksandr kilsəsinin taxt-tac bayramına təsadüf edib. Kilsədə bayram İlahi Liturgiyası ...

Allahın Əqdəs Validəsinin Mövludu bayram münasibətilə bayram ibadətləri keçirilib
21.09.2025
80
Yeparxiya xəbərləri

Allahın Əqdəs Validəsinin Mövludu bayram münasibətilə bayram ibadətləri keçirilib

Sentyabırın 21-i Kilsə Allahın Əqdəs Validəsinin Mövludu Bayramını qeyd edir. Bu bayram həmçinin Bakının Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin taxt-tac bayramıdır. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy həmin ...

Azərbaycanda Anım Günü qeyd olunur
27.09.2025
77
Yeparxiya xəbərləri

Azərbaycanda Anım Günü qeyd olunur

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli fərmanı ilə təsis edilmiş bu anım tarixi hər il 44 günlük Vətən Müharibəsinin başlandığı gündə qeyd ...

Xəbərlər