Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakı və Azərbaycan yepiskopu Aleksinin Milad müraciəti
Bakı və Azərbaycan yepiskopu ALEKSİNİN
Bakı və Azərbaycan yeparxiyasının
ruhaniləri, imanlıları və bütün sadiq övladlarına
MİLAD MÜRACİƏTİ
Məsihdə sevilən möhtərəm atalar, əziz qardaşlar və bacılar!
Bu mübarək gecədə, hamınızı Rəbb Allahımız və Xilaskarımız İsa Məsihin cismani Mövludu münasibətilə ürəkdən gələn sevinclə təbrik edirəm!
Bu gün Beytlehem mağarasında hər bir insanın taleyində dönüş nöqtəsi olan bir hadisə baş verdi. Hədsiz sevincin vasitəsilə Allahın Əbədi Şurasında əvvəlcədən müəyyən edilmiş "böyük möminlik sirri” bütün görünən və görünməyən aləmə təsvirolunmaz bir şəkildə aşkar edildi: Allah cismən zühur etdi” (1 Tim 3, 16). Əbədi Yaradan, kainatı həyat və ölməzlik, sevgi və sülh mənbəyinə çevrilən İdrak nuru ilə işıqlandırdı.
Xilaskar Məsihin dünyaya gəlişindən əvvəl tarix öz əsərləri və kəşfləri ilə məşhur olan bir çox görkəmli şəxsiyyətləri tanıyırdı. Lakin bütün əqli nailiyyətlər, ilahi və insani kamilliklərin hamısını əhatə edən təcəssüm olunmuş Loqosun-Kəlamın fonunda əhəmiyyətsiz hala gəlir.
Xristianlıq Allah haqqında bütpərəst təsəvvürləri kökündən dəyişdirdi, Əhti-Ətiqdəki Allahın təsvirini isə əhəmiyyətli ölçüdə tamamladı. İncilin əbədi həqiqətləri bütün bəşəriyyətin irsinə çevrildi. Amma ən əsası, Allahın Yeganə Oğlunun doğulması ilə biz Külli-İxtiyarda uzaq və laqeyd Allahı deyil, həyatımız boyu bizimlə birlikdə Olanı gördük.
Bu gün İlahi Körpənin Mövludunu qeyd edərkən, gəlin ötən il bizə bəxş edilən hər şey üçün Allaha şükür edək. Yeparxiyamızın həyatında baş verən bir çox hadisələr arasında Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin ötən ilin may ayında Azərbaycana səfərini qeyd etmək lazımdır. Müqəddəs Ata Bakıda etdiyi duası ilə torpağımıza, xalqımıza, hər birimizə və bütün xoşməramlı insanlara Pravoslav Kilsəsinə, Vətənimizə və dəstəyimizə və qayğımıza ehtiyacı olan hər bir insana xidmətimizi yerinə yetirmək üçün xeyir-dua verdi. Ölkəmizin pravoslav icması, Rus Pravoslav Kilsəsinin Başçısına, Kilsəsnin dünyanın hər yerində yaşayan sadiq övladlarına göstərdiyi gündəlik qayğısını qədim, mübarək Azərbaycan torpağında yaşayan və xidmət edən bizlərdən də əsrigəmədiyinə görə səmimi qəlbdən minnətdardır. Azərbaycanın pravoslav xristianları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Bakı Yeparxiyasının ehtiyaclarına göstərdiyi diqqətə görə təşəkkür edir və ölkəmizdə çoxmədəniyyətli cəmiyyətin gücləndirilməsində dövlət başçısının xeyirxah səylərinə xeyir-dua verməsi üçün Körpə Məsihə dua edirlər.
Lütf padşahlığı olaraq, Məsihin Kilsəsi, bizə əbədi həyatı vermək üçün gələn İlahi Qurucusuna sarsılmaz sadiqliyin zəruriliyinə şəhadət edir. Qoy heç birimiz başımıza gələn kədər və çətinliklərdən sarsılmasın, çünki Allah bizimlədir! Qoy yer üzündəki səyahətimiz boyunca qəlb rahatlığı və Rəbbə tam etibar bizi müşayiət etsin. Beytlehemdə doğulan Rəbb Azərbaycana və bütün xalqımıza xeyir-dua versin!
Gəlin Göylərdən gələn bu şanlı vəhyi dərin sevinc və böyük təsəlli ilə qarşılayaq və zehnimizi və qəlbimizi müvəqqəti olandan əbədi olana ucaldaq ki, bütün ruhumuzla Rəbbimiz İsa Məsihi izzətləndirək, çünki əbədi izzət və qüdrət Onundur! Amin.
Doğulmuş Məsih İsada böyük məhəbbətlə,
Aleksiy,
Bakı və Azərbaycan yepiskopu
Bakı,
Məsihin Miladından 2026-cı il
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
13.09.2026
2Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi
12.09.2026
6Gəncəyə arxıpastır səfəri
Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım
11.09.2026
711 sentyabr - Vəftizçi Yəhyanın Başının kəsilməsi
Peyğəmbər, Rəbbin sələfi və Vəftizçisi Yəhyanın başının kəsilməsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın
Populyar Xəbərlər
21.07.2026
5021 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
48Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
19.07.2026
44Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...