Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin böyük təqdisi Ayinini keçirib
15 fevral – Rəbbin Məbədə Gətirilməsi bayramı günü – Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin Böyük Təqdisi ayini keçirilib. Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi - Azərbaycanın mühüm pravoslav məbədlərindən biridir və mürəkkəb tarixə malikdir.
Bu adda kilsənin Bakıda mövcudluğuna dair sənədli qeydlər 1896-cı ilə aiddir. Kilsə xeyriyyə vəsaitləri hesabına inşa edilmiş və Stanislavskiy (indiki Azadlıq prospekti) ilə Balaxanı (indiki Füzuli küçəsi) küçələrinin kəsişməsində yerləşmişdir. Memarlıq baxımından kilsə Troitsa-Sergeyeva Lavrasının Yeməkxana kilsəsini xatırladırdı. Bina rus-bizans üslubunda tikilmiş və gözəlliyinə görə şəhərin ən seçilən tikililərindən biri hesab olunurdu. Kilsə kompleksinə kilsə ilə yanaşı məktəb və əmək evi də daxil idi.
1925-ci ildə SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolunun Sabunçu vağzalının tikintisi ilə əlaqədar kilsə ona bitişik tikililərlə birlikdə sökülmüşdür. Sovet dövrünün Kilsə üçün çətin olduğuna baxmayaraq, iki məhəllə yuxarıda — Yuxarı Prityutskaya (indiki Şamil Əzizbəyov) küçəsində yeni kilsə binası inşa edilmişdir. Bu məbəd də 28 aprel 1926-cı ildə Allahın Əqdəs Validəsinin Mövludu şərəfinə təqdis olunmuşdur. 1937-ci ildən sonra məbəd bağlanmış və kazarma kimi istifadə edilmişdir. 1944-cü ildə bina Rus Pravoslav Kilsəsinə qaytarılmış və kilsəyə Stavropol-Bakı yeparxiyasının kafedral kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycanın pravoslav kilsələrinin blaqoçinnisi (məsul ruhanisi) protoierey Sergey Kazanskinin zəhməti ilə kafedrala Müqəddəs Sergiy Radonejskinin şərəfinə yan altar əlavə olunmuşdur. 1998–2001-ci illərdə məbəd bərpa edilmiş Bakı yeparxiyasının kafedralı statusunu daşımışdır.
2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kilsə kompleksində genişmiqyaslı tikinti və bərpa işləri aparılmışdır. Kilsə tam şəkildə divar rəsmləri ilə bəzədilmiş, daş üzərində oyma ikonostas və ikona çərçivələri quraşdırılmış, həmçinin icma evi inşa edilmişdir. Lakin koronavirus pandemiyası və arxiyepiskop Aleksandrın (İşeyin) vəfatı səbəbindən təqdis mərasimi təmir işlərindən dərhal sonra keçirmək mümkün olmamışdır.
Bakı yeparxiyasının Yeparxiya Şurasının iclasında məbədin təqdisinin onun əsasının qoyulmasının 100 illiyinə həsr edilməsi qərara alınmışdır. Böyük Təqdis mərasimi və taxt-tac bayramı günündə İlahi Liturgiya Bakı və Azərbaycan yepiskopu Aleksiy tərəfindən keçirilmişdir. Arxiyereyi Bakı yeparxiyasının ruhaniləri müşayiət ediblər. Kilsədə çoxsaylı imanlılar dua etmişdir.
İbadətdən sonra yepiskop Aleksiy Bakı yeparxiyasının həyatında bu əlamətdar hadisə münasibətilə hamını təbrik etmiş və məbədin bu gözəl şəkildə yenilənməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və dəstəyi sayəsində mümkün olduğunu xüsusi vurğulamışdır.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
24.08.2026
2Bakı Yeparxiyasının Yeparxiya Şurasının iclası keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksinin sədrliyi ilə Yeparxiya Şurasının iclası keçirilib. İclasda Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin 100 illik yubileyinin qeyd
24.08.2026
4Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib. Tədbirə Bakı və Azərbaycan yepiskopu Aleksiy sədrlik edib. Seminarda Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi
24.08.2026
424 avqust - Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümüdür
24 avqust Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümü günüdür. Bu əlamətdar gündə arxiyerey Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində yeparxiya ruhanilərinin
Populyar Xəbərlər
13.07.2026
5913 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
51Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
37Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...