Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Azərbaycanın dini liderlərdən ibarət nümayəndə heyəti Vatikan Apostol Kitabxanasını ziyarət edib

Azərbaycanın dini liderlərdən ibarət nümayəndə heyəti Vatikan Apostol Kitabxanasını ziyarət edib

Azərbaycanın dini liderlərdən ibarət nümayəndə heyəti Vatikana səfəri çərçivəsində Vatikan Apostol Kitabxanasını ziyarət edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Bakı və Azərbaycan yepiskopu Aleksiy, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Alban-udi xristian icmasının sədri Robert Mobili və Bakı şəhəri Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski daxildir.

Vatikan Apostol Kitabxanasının prefekti don Mauro Mantovani qonaqları salamlayaraq kitabxananın tarixi və fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, əsası 1475-ci ildə qoyulan Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və ən nüfuzlu elmi və mədəniyyət mərkəzlərindən biridir. Bu kitabxanada əsrlər boyu milyonlarla kitab və on minlərlə əlyazma qorunub saxlanılır. Kitabxananın fondlarında Azərbaycana aid təxminən 60 nadir əlyazma da mövcuddur.

Nümayəndə heyəti həmçinin Vatikan bağlarını ziyarət edərək 2025-ci il oktyabrın 17-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikan Şəhər Dövlətinin Qubernatoru rahibə Raffaella Petrini tərəfindən Azərbaycan ilə Vatikan arasında dostluq və qarşılıqlı hörmətin rəmzi kimi əkilmiş nar ağacına baxıblar.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Avqustun 4-ü - həvarilərə-bərabər Məcdəli Məryəmin xatirəsi günüdür
04.08.2026
2

Avqustun 4-ü - həvarilərə-bərabər Məcdəli Məryəmin xatirəsi günüdür

Müqəddəs həvarilərə-bərabər Məcdəli Məryəmin xatirəsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi kafedral

Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsində taxt-tac bayramı qeyd olunub
01.08.2026
7

Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsində taxt-tac bayramı qeyd olunub

Avqustun 1-i Kilsə Sarovlu Müqəddəs Serafimin xatirəsini anır. Həmin gün Sumqayıt şəhəri Sarovlu Müqəddəs Serafim kilsəsi özünün taxt-tac bayramını qeyd etdi. İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy

28 iyul - Rusiyanın Vəftiz günü
28.07.2026
7

28 iyul - Rusiyanın Vəftiz günü

İyulun 28-i Həvarilərə-bərabər müqəddəs Böyük Knyaz Vladimirin və Rusiyanın Vəftiz günü bayramı qeyd olunur. Bu gün Bakı Yeparxiyasının kilsələrində İlahi liturgiyalar keçirilib və bayram şükür duaları

Xəbərlər

Populyar Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində arxiyepiskop Aleksandrın vəfatının beşinci ildönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir
09.06.2026
61
Yeparxiya xəbərləri

Beynəlxalq Muğam Mərkəzində arxiyepiskop Aleksandrın vəfatının beşinci ildönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir

İyunun 10-da Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın (İşein) vəfatının beşinci ildönümü tamam olur. Arxiyepiskop Aleksandr təxminən 30 il ərzində, onlardan 22 ilini 1998-ci ildə bərpa olunmuş Bakı yeparxiyasının rəhbəri kimi, ...

Yeparxiya şöbəsinin rəhbəri «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının iclasında iştirak edib
08.06.2026
59
Yeparxiya xəbərləri

Yeparxiya şöbəsinin rəhbəri «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının iclasında iştirak edib

Azərbaycan Rus İcmasının sədri M. Y. Zabelinin rəhbərliyi ilə Rus Mədəniyyət Mərkəzində «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının növbəti ...

Bakıda arxiyepiskop Aleksandrın xatirəsi dua ilə yad edildi
10.06.2026
50
Yeparxiya xəbərləri

Bakıda arxiyepiskop Aleksandrın xatirəsi dua ilə yad edildi

İyunun 10-da bərpa olunmuş Bakı yeparxiyasının ilk arxiyereyi, arxiyepiskop Aleksandrın (İşein) vəfatının beşinci ildönümü tamam oldu. Anım günündə Bakının Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində mərhum ...

Xəbərlər