Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı Yeparxiyası arxiyereyi ism günü münasibətilə təbrik edir

Bakı Yeparxiyası arxiyereyi ism günü münasibətilə təbrik edir

Bakı və Azərbaycan yepiskopu Aleksiyə Bakı Yeparxiyasının ruhaniləri və imanlıları adından  ism günü münasibətilə təbriki 

Əziz vladıka Aleksiy həzrətləri!

Bakı Yeparxiyasının ruhaniləri və imanlıları, rahib andınız zamanı ismini qəbul etdiyiniz Allah adamı Müqəddəs Aleksinin xatirəsi günü — Sizin ism gününüz münasibətilə səmimi qəlbdən təbrik edir.

Uca Allahın xeyirxah İlahi Qayğısı və Kilsə başçılarının xeyir-duası ilə Sizə həvari vəzi ilə agah olan və öz xristian irsini ehtiramla qoruyub saxlayan qədim Azərbaycan torpağında yepiskop olmaq nəsib olmuşdur.

Sizə verilmiş bu püşkü minnətdarlıqla qəbul edərək, müqəddəs həvari Bartalmayın səmavi himayəsi və Allahın xariqəli qulu müqəddəs Aleksinin şəfaəti ilə möhkəmlənərək, Siz böyük qeyrət və sədaqətlə çətin arxipastır xidmətinizi yerinə yetirir və «Allahın sizə həvalə etdiyi sürüsünü zorla yox, könüllü və Allahı razı salan tərzdə nəzarət edirsiniz. Sizə tapşırılanlar üzərində ağalıq etmədən, sürüyə nümunəsiniz.» (1Pet. 5, 2–3). Sizə etibar olunmuş Bakı Yeparxiyasında kilsə həyatının inkişafı üçün bütün qüvvənizi sərf edir, kilsə təqvasına qayğı göstərir, ruhanilərin və imanlıların ruhani təhsilinə xüsusi diqqət yetirir, ruhani məsləhətə, yardıma və təsəlliyə ehtiyac duyan hər bir insan üçün qucaq açırsınız.

Daşıdığınız bu kilsə xidməti tam fədakarlıq, ruhani və cismani qüvvələrin səfərdərliyini tələb edir. Sizə, əziz Vladyka, möhkəm cansağlığı, ruh yüksəkliyi, səbir və hikmət arzulayırıq ki, Sizə həvalə olunmuş bu xidməti layiqincə davam etdirəsiniz. Qoy ürəyiniz çəkdiyiniz zəhmətlərin bəhrələrindən sevinc tapsın. Rəbb Allah Sizə Müqəddəs Kilsənin rifahı naminə gələcək arxipastır əməyinizdə Öz tükənməz köməyini bəxş etsin.



Xəbərlər


Bölmənin digər xəbərləri

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib
30.08.2026
2

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib. Allahın Əqdəs Validəsinin Göylərə Götürülməsi bayramını fərqləndirən bu ayin, Allah Anasının yer

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
30.08.2026
4

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pentikost bayramından sonra 13-cü Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri müşayiət

Avqustun 29-u - İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsi günüdür
29.08.2026
10

Avqustun 29-u - İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsi günüdür

Avqustun 29-da Kilsə Rəbbimiz İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsini qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
66
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
57
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
36
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Xəbərlər