Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

5 aprel - Rəbbin Yerusəlimə Girişi

5 aprel - Rəbbin Yerusəlimə Girişi

Aprelin 5-də, Kilsə müqəddəs tarixin ən mühüm hadisələrindən birini xatırlayaraq, Rəbbin Yerusəlimə Girişini qeyd edir. Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən bayram liturgiyasına Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Liturgiyanın sonunda yepiskop Aleksiy toplaşanlara bayram mövzusunda moizə ilə müraciət etdi. Həmçinin bayramın simvolu olan verba budaqları təqdis olundu. Ənənəyə görə verba budaqlarını ibadət zamanı əllərdə tuturlar.



Xəbərlər