Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib
Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk.
Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.
Əziz dostlar!
Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2026-cı il
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
04.08.2026
2Avqustun 4-ü - həvarilərə-bərabər Məcdəli Məryəmin xatirəsi günüdür
Müqəddəs həvarilərə-bərabər Məcdəli Məryəmin xatirəsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi kafedral
01.08.2026
7Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsində taxt-tac bayramı qeyd olunub
Avqustun 1-i Kilsə Sarovlu Müqəddəs Serafimin xatirəsini anır. Həmin gün Sumqayıt şəhəri Sarovlu Müqəddəs Serafim kilsəsi özünün taxt-tac bayramını qeyd etdi. İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy
28.07.2026
728 iyul - Rusiyanın Vəftiz günü
İyulun 28-i Həvarilərə-bərabər müqəddəs Böyük Knyaz Vladimirin və Rusiyanın Vəftiz günü bayramı qeyd olunur. Bu gün Bakı Yeparxiyasının kilsələrində İlahi liturgiyalar keçirilib və bayram şükür duaları
Populyar Xəbərlər
09.06.2026
61Beynəlxalq Muğam Mərkəzində arxiyepiskop Aleksandrın vəfatının beşinci ildönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir
İyunun 10-da Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın (İşein) vəfatının beşinci ildönümü tamam olur. Arxiyepiskop Aleksandr təxminən 30 il ərzində, onlardan 22 ilini 1998-ci ildə bərpa olunmuş Bakı yeparxiyasının rəhbəri kimi, ...
08.06.2026
59Yeparxiya şöbəsinin rəhbəri «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının iclasında iştirak edib
Azərbaycan Rus İcmasının sədri M. Y. Zabelinin rəhbərliyi ilə Rus Mədəniyyət Mərkəzində «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının növbəti ...
10.06.2026
50Bakıda arxiyepiskop Aleksandrın xatirəsi dua ilə yad edildi
İyunun 10-da bərpa olunmuş Bakı yeparxiyasının ilk arxiyereyi, arxiyepiskop Aleksandrın (İşein) vəfatının beşinci ildönümü tamam oldu. Anım günündə Bakının Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində mərhum ...