Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Nic kəndində Müqəddəs Elişanın xatirəsi anılıb
Müqəddəs Elişa, Həvari Taddayın şagirdi və Qafqaz Albaniyasında İncilin ilk təbliğçisi idi. Qədim dövrlərdən bəri Cənubi Qafqaz ərazisində bu müqəddəsə çoxlu kilsələr həsr olunmuşdur. Onlardan biri də Qəbələ rayonunun Nic kəndindəki Müqəddəs Elişa “Cotari” kilsəsidir.
Bayram günü Nic kilsəsində İlahi Liturgiyanı Alban-Udi Xristian icmasının dəvəti ilə, Bakı və Azərbaycan yepiskopu Aleksiy keçirib. Liturgiyanın sonunda kilsə ətrafında bayram dini yürüşü keçirilib.
İbadətdə Alban-Udi icmasının üzvləri, Bakıdan və Rusiyadan xüsusilə gələn zəvvarlar dua ediblər. Liturgiyanın ilahiləri Şalva Abasovun rəhbərliyi altında Bakı kafedral kilsəsi xorunun ifaçıları tərəfindən səsləndirilib.
İbadətin sonunda yepiskop Aleksiy kilsəyə toplaşanlara bayram mövzusunda vəz ilə müraciət edib. Yepiskop Aleksiy, Alban-Udi icmasının sədri Robert Mobiliyə və icmanın ruhani başçısı Rafik Danakariyə səmimi qonaqpərvərliyə və birgə duaya görə təşəkkür edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
24.08.2026
2Bakı Yeparxiyasının Yeparxiya Şurasının iclası keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksinin sədrliyi ilə Yeparxiya Şurasının iclası keçirilib. İclasda Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin 100 illik yubileyinin qeyd
24.08.2026
4Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib. Tədbirə Bakı və Azərbaycan yepiskopu Aleksiy sədrlik edib. Seminarda Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi
24.08.2026
424 avqust - Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümüdür
24 avqust Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümü günüdür. Bu əlamətdar gündə arxiyerey Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində yeparxiya ruhanilərinin
Populyar Xəbərlər
13.07.2026
5613 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
45Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
27.06.2026
37Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq ...