Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy Stavropol mitropoliyasının Müqəddəsləri Məclisinin ilk dəfə qeyd olunması münasibətilə keçirilən təntənəli mərasimlərdə iştirak edib.
Mayın 13-də — Qafqaz və Qara dəniz yepiskopu Müqəddəs İqnatiy (Bryançaninovun) anım günündə və Stavropol mitropoliyasının Müqəddəsləri Məclisinin ilk bayramı münasibətilə Stavropol şəhərində təntənəli tədbirlər keçirilib.
Stavropol şəhərindəki Kazan kafedral kilsəsində keçirilən bayram İlahi Liturgiyasına Stavropol və Nevinnomıssk mitropoliti rəhbərlik edib. Onu Tallin və bütün Estoniya mitropoliti Yevgeniy, Rostov və Novoçerkassk mitropoliti Merkuriy, Yekaterinodar və Kuban mitropoliti Vasiliy, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt, Yakutsk və Lena arxiyepiskopu Roman, Mahaçqala və Dərbənd arxiyepiskopu Varlaam, Tixoretsk və Korenovsk yepiskopu Stefan, Sormovo yepiskopu İnnokentiy, Bakı və Azərbaycan yepiskopu Aleksiy, Georgiyevsk və Praskoveya yepiskopu Nikolay, Qroznı və Sunja yepiskopu Amvrosiy, eləcə də Stavropol mitropoliyasının ruhaniləri müşayiət ediblər.
İbadət zamanı Stavropol mitropoliyasının Müqəddəsləri Məclisinin izzətləndirilməsi ayini icra olunub. Daha sonra müqəddəslərin ikonasını möminlərin ehtiram göstərməsi üçün kilsənin ortasına qoyuldu.
Liturgiya nəğmələrini Stavropol mitropoliyasının ruhanilərindən və Stavropol Ruhani Seminariyasının tələbələrindən ibarət birləşmiş xor ifa edib.
Xəbərlər
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
24.08.2026
2Bakı Yeparxiyasının Yeparxiya Şurasının iclası keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksinin sədrliyi ilə Yeparxiya Şurasının iclası keçirilib. İclasda Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin 100 illik yubileyinin qeyd
24.08.2026
4Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib. Tədbirə Bakı və Azərbaycan yepiskopu Aleksiy sədrlik edib. Seminarda Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi
24.08.2026
424 avqust - Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümüdür
24 avqust Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümü günüdür. Bu əlamətdar gündə arxiyerey Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində yeparxiya ruhanilərinin
Populyar Xəbərlər
13.07.2026
5913 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
46Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
37Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...





