Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli pravoslav kəndlilərinin səyi ilə inşa olunub.
Bayram İlahi Liturgiyasına Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Xaçmaz kilsəsinin baş keşişi iyeromonax Georgiy (Budaqov), Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi Aleksandr Novikov və protodiakon Vadim Tokarev müşayiət ediblər. İlahi Liturgiyanın nəğmələrini Şalva Abasovun rəhbərliyi altında kafedral xoru ifa edibd. İbadətdə Xaçmazın pravoslav sakinləri ilə yanaşı, bayram münasibətilə Bakı və Sumqayıtdan gəlmiş çoxsaylı zəvvarlar da iştirak ediblər.
Liturgiyanın sonunda dini yürüş təşkil olunub. Daha sonra yepiskop Aleksiy bütün iştirakçıları bayram münasibətilə təbrik edərək kilsə icmasına firavanlıq və inkişaf arzulayıb. Zəvvarlar tərəfindən kilsəyə altar İncili və müqəddəs qablar üçün örtüklər hədiyyə edilib.
Xaçmaz pravoslav icmasını kilsənin 80 illiyi münasibətilə təbrik etmək üçün tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti aparatının sektor müdiri Ceyhun Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba–Xaçmaz regional bölməsinin rəhbər müavini Fərid Məmmədov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayonu üzrə qazisi Hacı Yaşar Rzayev iştirak ediblər.
80 illik yubileyin xatirəsi olaraq kilsənin həyətində ağaclar əkilib.