Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Mayın 24-də, slavyan xalqlarının maarifçiləri, müqəddəs həvarilərə-bərabər Kiril və Mefodinin xatirəsi günündə, Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. İbadət zamanı Moskva və Bütün Rusiyanın Patriarxı Kiril müqəddəslərinin ism günü münasibətilə şükran duaları oxunub. Liturgiyanın sonunda yepiskop Aleksiy toplaşanlara arxipastır nəsihəti ilə müraciət edib.



Xəbərlər