Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi Festivalı keçirilib. Yubiley festivalında Azərbaycan, Polşa, Ermənistan, Ukrayna, Latviya, Avstriya, Bolqarıstan, Yunanıstan, Qana, İsveç və Estoniyadan ümumilikdə 19 xor kollektivi iştirak edib.
Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətlərinin xeyir-duası ilə bu nüfuzlu beynəlxalq tədbirdə Bakı şəhəri Müqəddəs Ali-Mələk Mikayıl kilsəsinin xoru da iştirak edib. Xor kollektivinə Birləşmiş Xor Hərəkatının əməkdar xadimi Kristina Əfəndiyeva rəhbərlik edib.
Müsabiqə proqramı ilə yanaşı, Müqəddəs Ali-Mələk Mikayıl kilsəsinin xor kollektivi festival çərçivəsində keçirilən bir sıra konsertlərdə də çıxış edib.
Belə ki, mayın 21-də kollektiv Belostok şəhərinin Podlyaska Opera və Filarmoniya zalında keçirilən “Xor Qafqazı” konsertində iştirak edib. Kollektivin ifasında Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də Azərbaycanın xalq artisti Gülyaz İmanovanın, əməkdar artist Vaqif Məstanovun və digər müəlliflərin işləməsində xalq mahnıları səsləndirilib. Konsertdə Gürcüstan və Ermənistanın xor kollektivləri də iştirak ediblər.
Mayın 22-də Müqəddəs Ali-Mələk Mikayıl kilsəsinin xoru Varşava şəhərində Müqəddəs Üçlük Lüteran kilsəsində keçirilən XXXV Pravoslav Kilsə Musiqisi konsertində çıxış edib. Böyük maraqla qarşılanan tədbirdə Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və səfirliyin əməkdaşları da iştirak ediblər.
Mayın 23-də Kristina Əfəndiyevanın rəhbərlik etdiyi kollektiv Çexanovets şəhərində kənd təsərrüfatı muzeyinin ərazisində keçirilən növbəti “Xor Qafqazı” konsertində çıxış edərək ruhani musiqi əsərlərini təqdim edib.
Festival qaliblərin iştirak etdiyi qala-konsertlə başa çatıb. Müsabiqənin yekunlarına əsasən, Bakı şəhəri Müqəddəs Arxangel Mixail kilsəsinin xoru “Həvəskar kilsə xorları” nominasiyasında II yerə layiq görülüb.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
24.08.2026
2Bakı Yeparxiyasının Yeparxiya Şurasının iclası keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksinin sədrliyi ilə Yeparxiya Şurasının iclası keçirilib. İclasda Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin 100 illik yubileyinin qeyd
24.08.2026
4Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində pastoral seminar keçirilib. Tədbirə Bakı və Azərbaycan yepiskopu Aleksiy sədrlik edib. Seminarda Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi
24.08.2026
424 avqust - Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümüdür
24 avqust Bakı və Azərbaycan yepiskopu Aleksinin rahiblik andının ildönümü günüdür. Bu əlamətdar gündə arxiyerey Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində yeparxiya ruhanilərinin
Populyar Xəbərlər
13.07.2026
5913 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
51Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
37Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...