Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

31 may - Müqəddəs Üçlük Günü. Pentikost.

31 may - Müqəddəs Üçlük Günü. Pentikost.

Bu gün Kilsə Müqəddəs Ruhun həvarilərin üzərinə enməsini və Məsih Kilsəsinin anadan olmasını qeyd edir. Bu tarixi hadisə Məsihin Dirilməsindən 50 gün sonra, Əllinci Gün Bayramında baş verdi. Bu bayramın başqa adı da var — Müqəddəs Üçlük Günü.

Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən bayram ibadətlərinə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi Yepiskopa kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. İlahi Liturgiyanın sonunda, dizüstə duaların oxunması ilə Böyük Axşam ibadəti edildi.



Xəbərlər