Azərbaycan dilində ibadət mətnləri

PASXANIN SAATLAR AYİNİ

Ya Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

 

Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi! (3 dəfə)

 

Məsihin dirilişini görüb / gəlin Tək Günahsız Olan Rəbbə — / müqəddəs İsaya səcdə edək. / Diz çökürük, ya Məsih, Çarmıxının önündə, / mədh edirik müqəddəs dirilişini, / çünki Sən Allahımızsan bizim, / Səndən savayı yoxdur allah, / Tək Sənin İsmini səsləyirik. / Gəlin, ey iman edənlər, / Məsihin müqəddəs dirilişinə səcdə edək, / çünki Çarmıx vasitəsi ilə / dünyaya sevinc gəldi. / Rəbbə həmd edərək, / ucaldırıq dirilişini, / çünki Çarmıxa çəkilərək, // ölümü ilə ölümü məğlub etdi. (3 dəfə)

 

İpakoi, 4-cü səs: Səhər erkən Məcdəlli Məryəmlə digər zənənlər / məzar daşının kənara çəkildiyini gördülər / və mələyin səsini eşitdilər: / "Əbədi Nurda Mövcud Olanı ölülər arasında niyə arayırsınız? / Baxın bu məzarda kətan bezlərinə. / Tələsin və bütün aləmə müjdələyin / Rəbbin ölülərdən dirildiyini / və Ölümü ilə ölümü məğlub etdiyini, / Allahın Oğlu olduğuna görə // bəşəriyyətə nicat verdiyini.

Kondak, 8-ci səs: Sən, ey Ölümsüz, məzara endin, / lakin cəhənnəmin qüvvətini məhv etdin, / qalib kimi dirildin, ya Məsih Allah. / Və mürdaşıyanlara "Sevinin!" dedin, / Öz həvarilərinə "Salam" söylədin // və ölülərə dirilmə bəxş eylədin.

Troparlar, 8-ci səs:

Vücudunla məzardasan, ruhunla cəhənnəmdəsən, / oğru ilə cənnətdəsən, Allahsan deyə, ərşdə Ata və Ruh ilə əyləşirsən, // Mövcudsan hər yerdə, ey Tərifəgəlməz Məsih.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

Həyatverən Məzarın, ya Məsih, / cənnət bağından da səfalıdır, / padşah sarayından da gözəldir, // o bizim dirilməyimizin Mənbəyidir.

İndi və hər zaman və sonsuza qədər. Amin.

Sevin, ey Allah-Təalanın Əqdəs Çadırı — Məryəm, / çünki Səndən, ey Allahın Validəsi, / sevinc gəldi Sənə belə nida edənlərə: // bəxtiyarsan qadınlar arasında, ey pakizə Mələkə.

 

Ya Rəbb, rəhm eylə. (40 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.

 

Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi! (3 dəfə)

 

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

 



Xəbərlər


Bölmənin digər xəbərləri

SƏHƏR DUALARI
05.03.2024
3575

SƏHƏR DUALARI

A ta, Oğul və Müqəddəs Ruhun İsmi ilə. Amin.   Vergiyığanın duası Y a Allah, mən günahkara rəhm eylə! (Təzim et)   İbtidai dua Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

AXŞAM DUALARI
05.03.2024
1874

AXŞAM DUALARI

H əmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.   Y a Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR
05.03.2024
1571

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR

Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.   H əmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.   Müqəddəs Ruha dua E y Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
51
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
42
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Bakıda Həvari Bartalmayın anma günü qeyd edilib
24.06.2026
38
Yeparxiya xəbərləri

Bakıda Həvari Bartalmayın anma günü qeyd edilib

24 iyun tarixində, Bakı şəhərinin səmavi himayədarı müqəddəs həvari Bartalmayın xatirəsi günündə Qız Qalasının yaxınlığında müqəddəsin şərəfinə akafistin oxunuşi ilə müşayiət olunan dua mərasimi keçirilib. Ənənəyə uyğun ...

Xəbərlər